Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Reyhan Zərbəliyeva itirdiyi mobil telefonunun tapılaraq ona qaytarılmasına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına səhifə vasitəsi ilə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

DİN-in “İnstagram” səhifəsinin izləyicisi olan Rəhimə Babayeva üzləşdiyi dələduzluq faktı ilə bağlı səhifə vasitəsi ilə etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ayaz Babayev antinarkotik təbliğatı əks etdirən klip çəkilişləri zamanı göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarına təşəkkür edir.

DİN-in “Instagram” səhifəsinin izləyicisi Mehmet Zeki Ertürk səhifə vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığını, Xətai RPİ 34-cü Polis Bölməsi tərəfindən araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək polis əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Bəhram Əlibəyli müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

“Real” televiziyasının rəhbəri Mirşahin Ağayev televizayının əməkdaşının avtomobilini vuraraq hadisə yerindən qaçan şəxsin saxlanılaraq məsuliyyətə cəlb edilməsinə görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Bakı şəhər sakini Məleykə Əlizadə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

“Facebook” istifadəçisi “Abuzer Ceferli” səhifəsində post paylaşaraq qeyd edib: “Neçə dəfə daxili işlər nazirinə müraciət etmişəm, dərhal kömək edilib”.

Bakı şəhər sakini Günel Bağırova DİN-ə ünvanlandığı məktubunda təhdid olunması ilə bağlı müraciətinə operativ baxıldığını bildirir. G.Bağırova vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.