Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

İstefada olan polis əməkdaşı Bəylər Teymurov məktubunda DİN-in A.Heydərov adına Respublika Hospitalında müalicə aldığını yazır. O, orada həkimlərin bütün xəstələrə, o cümlədən  istefada olan polis əməkdaşlarına xüsusi  diqqət və qayğı ilə yanaşdığını qeyd edir. 
B.Teymurov yaradılan şəraitə DİN rəhbərliyinə, humanist və qayğıkeşliklərinə görə A.Heydərov adına Respublika Hospitalının əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Sosial şəbəkə istifadəçisi Ayna Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaş Çingiz Ağayev DİN-in “Instagram” səhifəsinə ünvanladığı təşəkkür mesajında müraciətinə çevik reaksiya verilərək qısa müddətdə həll olunmasına göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Zaqatala rayon Muxax kənd sakini Təranə Əhmədova məktubunda müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş ziyanın ödətdirilməsinə göstərdikləri köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Sahibə İsrafilova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunmasına göstərdikləri köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Astara rayon Kijəbə qəsəbə sakini Ağadadaş Əliyev məktubunda bir qrup qəsəbə sakini adından xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə, rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunmasına görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba şəhər sakini Leyla Əliyeva məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ reaksiya verilməsinə və ona dəymiş ziyanın ödətdirilməsinə göstərdikləri köməkliyə görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Kamran Məcidov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi oğurluqla bağlı müraciətinə operativ baxılmasına görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Ramal Əliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsinə göstərdikləri köməkliyə görə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.