Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Vahid Məmmədov DİN rəhbərliyinə ünvanladığı  təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir.

Sosial şəbəkə istifadəçisi Aydın Nəsirov baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sumqayıt şəhər sakini Çiçək Aslanova xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Sumqayıt ŞPİ-nin rəhbərliyinə minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Ramil Qarayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə minnətdarlıq edir.

Bakı şəhər sakini Elnur Məmmədov müraciətinə həssas yanaşılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə Xətai RPİ-nin 34-cü PB-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Anar Rüstəmov ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir və müraciətinə obyektiv baxıldığı üçün Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Süsən Kərimova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Səbail RPİ-nin 9-cu PB-nin kollektivinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Elşad Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə müsbət həllini tapmasında göstərilən köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Ayşən Bayramlı narkotik istifadəçisi olan qaynı tərəfindən təhqir və hədələrə məruz qalması, mütəmadi pul tələb edilməsi, rahat yaşayış hüquqlarının pozulması ilə bağlı müraciətinə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.