Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
05.11.2024 - Bakı şəhər sakini Vüsal Sultanov
Bakı şəhər sakini Vüsal Sultanov müraciətinə həssas yanaşıldığına, yüksək peşəkarlıqla keçirilmiş operativ tədbirlərə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.
05.11.2024 - Vətəndaş İlahə Hüseynova
Vətəndaş İlahə Hüseynova DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür mesajında üzləşdiyi oğurluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
05.11.2024 - Vətəndaş Tural Nəcəfzadə
Vətəndaş Tural Nəcəfzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxılmasına və ona hüquqi izahın verilməsinə görə İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
05.11.2024 - Zərdab rayon sakini Murad Əzimli
Zərdab rayon sakini Murad Əzimli xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə polis əməkdaşlarına təşəkkür edir.
05.11.2024 - Vətəndaş Könül Axverdiyeva
Vətəndaş Könül Axverdiyeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, etdiyi müraciətinə həssas yanaşılmasına və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
05.11.2024 - Salyan rayon sakini Rahibə Məlikova
Salyan rayon sakini Rahibə Məlikova DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
05.11.2024 - Vətəndaş İlahi Pənahlı
Vətəndaş İlahi Pənahlı
05.11.2024 - Vətəndaş Eşqin Bayramov
Vətəndaş Eşqin Bayramov ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
05.11.2024 - Gəncə şəhər sakini Elxan Qurbanov
Gəncə şəhər sakini Elxan Qurbanov müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.