Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Həcərxanım Bedəlova məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə həssas yanaşılmasına və ona dəymiş ziyanın tam ödənilməsində göstərilən köməkliyə görə Yasamal Rayon Polis İdarəsi əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Pərvanə Ələsgərova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin qısa müddətdə həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürlərini bildirir. 

Sosial şəbəkə istifadəçisi Natavan Məmmədova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. Müraciətinə diqqətlə yanaşılmasına və  ona dəymiş maddi ziyanın tam ödənilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Vəfa İsmayılova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, ünvanladığı müraciətinə operativ baxıldığına və probleminin həll edilməsində göstərilən köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Dilarə Məmmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinin qısa müddətdə həll olunmasında göstərilən köməkliyə görə  DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rauf Məmmədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, DİN-in “Instagram” səhifəsi vasitəsilə ünvanladığı müraciətinə operativ baxıldığına, iştirak etdiyi yol-nəqliyyat hadisəsinin obyektiv araşdırılaraq probleminin müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Reyhan Muxtarova Daxili İşlər Nazirliyinə ünvanladığı kollektiv məktubunda gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına özü və bir neçə şəxs adından minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Əcnəbi vətəndaş Arshad Muhammad DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, Bakıda qonaq olarkən üzləşdiyi problemlə bağlı 23-cü Polis Bölməsinə müraciət etdiyini bildirir. 
A.Muhammad müraciətinə həssas yanaşılmasına, göstərilən diqqətə və görülmüş tədbirlərlə probleminin qısa müddətdə aradan qaldırılmasına görə Nizami RPİ-nin 23-cü Polis Bölməsinə təşəkkürünü bildirir.

Quba rayon sakini Məxfurə Həsənova məktubunda rayon ərazisində şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.