Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.07.2024 - Bakı şəhər sakini Ruslan Mirzəzadə
Bakı şəhər sakini Ruslan Mirzəzadə məktubunda müraciətinə operativ baxılmasına və ona hüquqi izahın verilməsinə görə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.07.2024 - Oğuz rayon sakini Tofiq Cavadov
Oğuz rayon sakini Tofiq Cavadov məktubunda rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunmasına görə Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
27.07.2024 - İmişli rayon Ağamallar kənd sakini Qalib Baxışov
İmişli rayon Ağamallar kənd sakini Qalib Baxışov məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə, rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə qorunmasına görə İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.07.2024 - Vətəndaş Akif Bədəlov
Vətəndaş Akif Bədəlov ünvanladığı müraciətinə operativ baxıldığını və ona dəymiş maddi ziyanın tam ödənilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.07.2024 - Vətəndaş Elmira Əliquliyeva
Vətəndaş Elmira Əliquliyeva itən 3 yaşlı uşağın tapılaraq ailəsinə təhvil verilməsinə görə Pirallahı Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşlarına təşəkkürünü bildirir.
26.07.2024 - Goranboy şəhər sakini Nərgiz Rəhimzadə
Goranboy şəhər sakini Nərgiz Rəhimzadə ünvanladığı məktubda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Oğuz rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini, müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.07.2024 - Xocalı şəhər sakini Fatma Nəsibova
Xocalı şəhər sakini Fatma Nəsibova ünvanladığı məktubda Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən Oğuz rayonunda keçirilən vətəndaş qəbulunda iştirak etdiyini və göstərilən diqqətdən razı qaldığını, həmçinin müraciəti üzrə müvafiq tapşırıq verildiyini qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.07.2024 - Vətəndaş Sevda Abuzərli
Vətəndaş Sevda Abuzərli ünvanladığı məktubda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə və Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.
26.07.2024 - Sosial Şəbəkə istifadəçisi Ruhiyyə Ağayeva
Sosial Şəbəkə istifadəçisi Ruhiyyə Ağayeva DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. Həmçinin müraciətinin müsbət həll olunduğunu qeyd edərək Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.