Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
07.04.2022 - Bakı şəhər sakini Qədim Bayramov
Bakı şəhər sakini Qədim Bayramov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Abşeron RPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.
07.04.2022 - Masallı rayon sakini Allahşükür Zahidov
Masallı rayon sakini Allahşükür Zahidov məktubda daxili işlər nazirinin Lənkəran şəhərində vətəndaşlarla görüşündən, onların üzləşdikləri problemlərin, eləcə də daxili işlər orqanlarının səlahiyyətlərinə aid olan məsələlərlə bağlı müraciətlərin həll olunması istiqamətində göstərilən köməklikdən yazır və Azərbaycan Polisinə minnətdarlığını bildirir.
07.04.2022 - Bakı şəhər sakini Mirsəttər Nəzərli
Bakı şəhər sakini Mirsəttər Nəzərli yaşadığı Binə qəsəbəsində avtobus, habelə digər sürücülərin məsuliyyətsiz davranışları, kobud qanun pozuntuları nəticəsində tıxacların yarandığını, bununla da piyadaların rahat, maneəsiz hərəkətində çətinlik yaranması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində problemin aradan qaldırılmasında göstərdikləti köməkliyə görə Xəzər RPİ Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü yazır.
07.04.2022 - Biləsuvar rayon sakini, şəhid atası Üzeyir Qurbanov
Biləsuvar rayon sakini, şəhid atası Üzeyir Qurbanov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə, bu çərçivədə keçirilən maarifləndirmə tədbirlərində xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Biləsuvar RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını ifadə edir.
07.04.2022 - Bərdə rayon sakini Sənan Quliyev
Bərdə rayon sakini Sənan Quliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda gecə-gündüz yorulmadan xidmət aparan, ictimai asayişi və ictimai təhlükəsizliyi ayıq-sayıq qoruyan, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
07.04.2022 - Bakı şəhər sakini Xanım Qurbanova
Bakı şəhər sakini Xanım Qurbanova DİN-in “İnstagram” səhifəsinə mesaj yazaraq vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
06.04.2022 - Bakı şəhər sakini, həkim-dietoloq Leyla Zülfüqarlı
Bakı şəhər sakini, həkim-dietoloq Leyla Zülfüqarlı üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
06.04.2022 - Sosial şəbəkə izləyicimiz Xatun Əliyeva
Sosial şəbəkə izləyicimiz Xatun Əliyeva təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Sabunçu RPİ 42-ci PŞ-nin əməkdaşlarına razılıq və təşəkkürünü ifadə edir.
06.04.2022 - Bakı şəhər sakini Məhəmməd Əsgərov
Bakı şəhər sakini Məhəmməd Əsgərov müraciətinə obyektiv, hərtərəfli və vaxtında baxılmasına, ictimai asayişin və təhlükəsizliyin qorunub saxlanılmasına görə DİN rəhbərliyinə və Sabunçu RPİ 12-ci PŞ-nin minnətdarlığını bildirir.