Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Yardımlı rayon sakini Qafil Əliyev DİN rəhbərliyi tərəfindən bölgələrdə keçirilən görüşlərdə müraciətlərin, vətəndaşları narahat edən məsələlərin həssaslıqla dinlənilməsinə və lazımi köməkliyin göstərilməsinə görə minnətdarlığını bildirir. 

Lənkəran rayon sakini Rüfət Səfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan, obyektiv və operativ olan, vətəndaş müraciətlərinə həssaslıqla yanaşan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Lənkəran ŞRPŞ rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir, onlara şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Xəlil Xəlilov DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, ünvanladığı müraciətinə operativ baxıldığını, Qaradağ RPİ-nin 38-ci Polis Bölməsi tərəfindən obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək polis əməkdaşlarına minnətdarlığını bildirir.
Vətəndaş Azərbaycan polisi ilə fəxr etdiyini qeyd edərək onlara çətin və şərəfli işlərində uğurlar arzulayır.

Oğuz rayon sakini Şamil Cəfərov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Qəbələ rayon sakini Vüsal Cəbiyev müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Qəbələ RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Gədəbəy rayon sakini Babək Məhəmmədov müraciətinin obyektiv araşdırılmasına görə, Gədəbəy RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini İlkin Həbibov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına görə Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Qax rayon sakini Mədət İsmayılov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayon sakini Qulu Məhərrəmov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.