Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Səfər Cavadov özünün sosial şəbəkə hesabındakı paylaşımında cinayətkarlıqla mübarizədə əldə olunan nəticələrə, bu istiqamətdə görülən qətiyyətli tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Cəlilabad rayon sakini Müşfiq Cəfərov müraciəti ilə əlaqədar Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin operativ qaydada öz həllini tapmasına görə təşəkkürünü bildirir.

Cəlilabad rayon sakinləri Xudaş Əliyev, Səxavət Məhərrəmov və başqaları ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə, rayon ərazisində ictimai qaydanın qorunmasına, yol hərəkəti təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına, narkomaniya ilə mübarizədə atılan qətiyyətli addımlara görə Cəlilabad Rayon Polis Şöbəsinin rəhbərliyinə və şöbənin dövlət yol pol polisi bölməsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Vətəndaş Mahir Həsənov müraciətinə çevik reaksiya verilməsinə və məsələnin qısa müddətdə həllini tapmasına görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə və 19-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Raqib Məmmədov DİN-in rəsmi “Facebook” səhifəsinə yazdığı mesajında müraciətinə dərhal reaksiya verilməsinə və məsələnin öz müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Vətəndaş Coşqun Heydərzadə DİN-in rəsmi “Instagram” səhifəsinə yazdığı mesajında müraciətinə çevik reaksiya verilməsinə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və məsələnin müsbət həllini tapmasına görə məmnunluğunu ifadə edir.

Vətəndaş Əmin Babayev 1 baş iribuynuzlu heyvanının oğurlanması ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə etdiyi müraciətə operativ reaksiya verilməsinə və heyvanın tapılaraq ona qaytarılmasına görə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Yalçın Şeydayev ünvanladığı təşəkkür məktubunda özünə məxsus tikinti mağazasında oğurluq hadisəsi olduğunu qeyd edir və oğurlanan malların geri qaytarılmasında göstərdikləri köməkliyə görə Pirallahı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Dilbər Rzayeva müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.