Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
26.07.2024 - Sosial Şəbəkə istifadəçisi Arzu İsmayılova
Sosial Şəbəkə istifadəçisi Arzu İsmayılova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə operativ baxıldığını, Abşeron Rayon Polis İdarəsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
26.07.2024 - Sosial Şəbəkə istifadəçisi Həmid Salyamov
Sosial Şəbəkə istifadəçisi Həmid Salyamov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir.
26.07.2024 - Sosial Şəbəkə istifadəçisi Taryel Ömərov
Sosial Şəbəkə istifadəçisi Taryel Ömərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.07.2024 - Sosial Şəbəkə istifadəçisi Leyla Kərimova
Sosial Şəbəkə istifadəçisi Leyla Kərimova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, etdiyi müraciəti ilə bağlı yüksək hörmətlə qarşılandığını və müraciətinin müsbət həll olunduğunu qeyd edir. Ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.07.2024 - Vətəndaş Aqşin Aşurov
Vətəndaş Aqşin Aşurov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə ünvanladığı müraciəti ilə əlaqədar obyektiv araşdırma aparıldığını və qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.
26.07.2024 - Bakı şəhər sakini Elçin Əfəndiyev
Bakı şəhər sakini Elçin Əfəndiyev “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan Polisinə təşəkkür postu paylaşıb. O, hesabında paylaşaraq ictimailəşdirdiyi müraciətinə Daxili İşlər Nazirliyi tərəfindən operativ reaksiya verildiyini və müvafiq araşdırmalara başlanıldığını qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
26.07.2024 - Vətəndaşlar Yavər Xəlilov və Əlzamin Mamedov
Vətəndaşlar Yavər Xəlilov və Əlzamin Mamedov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Kəlbəcər RPŞ-nin əməkdaşlarına minnətdarlıq edirlər.
25.07.2024 - Vətəndaş Sərxan Cəfərov
Vətəndaş Sərxan Cəfərov məktubunda müraciətinə diqqətlə yanaşılmasına və göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə təşəkkürünü bildirir.
25.07.2024 - Vətəndaş Elmira Səlimova
Vətəndaş Elmira Səlimova məktubunda paytaxtın Suraxanı rayonu ərazisində polis əməkdaşları tərəfindən sosial neqativ halların, o cümlədən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə DİN rəhbərliyinə və Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarına minnətdarlığını bildirir, xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.