Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
12.04.2022 - Goranboy rayon sakini Anar Süleymanov
Goranboy rayon sakini Anar Süleymanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa və müraciətlərə həssaslıqla yanaşdığına görə Goranboy RPŞ-nin rəisi, polis polkovniki Ramin Qədirova minnətdarlığını ifadə edir.
12.04.2022 - Vətəndaş Aygün Əsgərova
Vətəndaş Aygün Əsgərova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll edilməsinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
12.04.2022 - Gəncə şəhər sakinləri Vaqif Zamanov və Məhsəti Hüseynova
Gəncə şəhər sakinləri Vaqif Zamanov və Məhsəti Hüseynova DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında onlara qarşı dələduzluq edən şəxslərin müəyyən olunaraq saxlanılmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə ŞBPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
12.04.2022 - Tovuz rayon sakini Sinora Quliyeva
Tovuz rayon sakini Sinora Quliyeva təşəkkür məktubunda ona məxsus əmlakı oğurlayan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
12.04.2022 - Gəncə şəhər sakini Sevinc İbayeva
Gəncə şəhər sakini Sevinc İbayeva təşəkkür məktubunda müraciətinə çevik reaksiya verilməsinə və məsələnin obyektiv şəkildə araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
12.04.2022 - Gəncə şəhər sakini Aydın Heydərov
Gəncə şəhər sakini Aydın Heydərov öz təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiklərinə görə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına görə Gəncə ŞBPİ-nin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarından razılığını ifadə edir.
12.04.2022 - Bakı şəhər sakini Sərxan İmaməliyev
Bakı şəhər sakini Sərxan İmaməliyev üzləşdiyi dələduzluq faktı ilə bağlı DİN-in “Facebook” səhifəsi vasitəsilə etdiyi müraciətinə operativ baxıldığına və Yasamal RPİ-nin 29-cu Polis Şöbəsində müvafiq araşdırmalara başlanıldığına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
12.04.2022 - Sumqayıt şəhər sakini Xəyal Yusifzadə
Sumqayıt şəhər sakini Xəyal Yusifzadə üzləşdiyi problemlə bağlı DİN-in “Instagram” səhifəsinə yazdığı mesajına operativ reaksiya verildiyini və Baş Dövlət Yol Polisi İdarəsindən onunla əlaqə saxlanılaraq məsələnin aydınlaşdırıldığını qeyd edərək DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
12.04.2022 - Sumqayıt şəhər sakini Nicat Şərifzadə
Sumqayıt şəhər sakini Nicat Şərifzadə DİN-in “Facebook” səhifəsinə mesaj yazaraq üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığını, Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsi tərəfindən qısa müddətdə araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.
N.Şərifzadə müraciətinə həssas yanaşıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Sumqayıt ŞPİ DYPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.