Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Abbas Bayramov müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyi başda olmaqla BMCMİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Abşeron rayon sakini Ədil Ədilzadə ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq dəyən maddi ziyanın bir qisminin ödətdirilməsində göstərdikləri köməkliyə görə Yasamal RPİ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Fazil Əhmədli onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Cəmşid Mehdiyev baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ TŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Nərminə Qarayeva ünvanladığı təşəkkür məktubunda Azərbaycan polisinin xidmətindən razılıq edir, səmimi qəbula və göstərilən diqqətə görə Nərimanov RPİ-nin şəxsi heyətinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Aqşin Tağızadə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı müraciətinə həssas yanaşılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ TŞ-nin əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Fizuli Süleymanov xidməti vəzifə borclarını və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə DİN rəhbərliyinə və kollektivinə minnətdarlığını bildirir.

Sosial şəbəkə istifadəçisi Arzu Qulamov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Səbail RPİ 41-ci PB-nin kollektivinə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi İlahə Cəbiyeva aliment borcu ilə bağlı müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.