Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.04.2022 - Vətəndaş Elmira Allahverdiyeva
Vətəndaş Elmira Allahverdiyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll edilməsinə görə Xocalı RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
21.04.2022 - Bakı şəhər sakini Ceyhun Fərəcullayev
Bakı şəhər sakini Ceyhun Fərəcullayev üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Xətai RPİ 36-cı Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
21.04.2022 - Vətəndaş Namiq Feyzullayev
Vətəndaş Namiq Feyzullayev yaşadığı ünvanın yaxınlığında yerləşən məktəbin qarşısında piyada keçidinin olmaması səbəbindən şagirdlər üçün ciddi təhlükə yarandığını bildirmiş və piyada keçidi zolağının çəkilməsini xahiş etmişdir. Problemin qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.
21.04.2022 - Bakı şəhər sakini Rüstəm Aydarov
Bakı şəhər sakini Rüstəm Aydarov bağ evində üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasında, eləcə də əşyalarının ona qaytarılmasında göstərdikləri köməkliyə görə Xəzər RPİ 2-ci Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.
21.04.2022 - Vətəndaş Qəribəli Azadəliyev
Vətəndaş Qəribəli Azadəliyev yaşadığı ünvanın yaxınlığında piyada keçidinin olmaması səbəbindən sakinlər üçün ciddi təhlükə yarandığını bildirmiş və piyada keçidi zolağının çəkilməsini xahiş etmişdir. Problemin qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.
21.04.2022 - Bakı şəhər sakini Səbinə Babayeva
Bakı şəhər sakini Səbinə Babayeva məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə çevik reaksiya verilməsinə, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə və bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
20.04.2022 - Lənkəran rayon sakini Daşlid Nuriyev
Lənkəran rayon sakini Daşlid Nuriyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Lənkəran ŞRPŞ-də obyektiv şəkildə araşdırılmasına görə minnətdarlığını bildirir
20.04.2022 - Lənkəran rayonunun Separadi kənd sakini Cəfər Hüseynov
Lənkəran rayonunun Separadi kənd sakini Cəfər Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda bölgələrdə təşkil olunan vətəndaş qəbullarına və həmin qəbullar zamanı qaldırılan məsələlərin operativ həllinə görə minnətdarlığını ifadə edir.
20.04.2022 - Cəlilabad rayon sakini Famil Quliyev
Cəlilabad rayon sakini Famil Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın qorunmasına və ictimai təhlükəsizliyin təmin olunmasına görə Azərbaycan Polisinə minnətdarlığını bildirir