Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
22.06.2024 - Astara rayon sakini Namik Mirzəyev
Astara rayon sakini Namik Mirzəyev öz təşəkkür məktubunda müraciətinə Rayon Polis Şöbəsində çevik reaksiya verilməsinə, məsələin polis əməkdaşları tərəfindən peşəkarlıqla araşdırılmasına və dəymiş maddi ziyanın tam şəkildə ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.
22.06.2024 - Vətəndaş Elşən Cəfərov
Vətəndaş Elşən Cəfərov məktubunda Cəlilabad rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin etibarlı şəkildə təmin olunmasına, yol patrul xidməti əməkdaşlarının xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə öz təşəkkürünü bildirir.
22.06.2024 - Vətəndaş Qüdrət Bağışov
Vətəndaş Qüdrət Bağışov öz təşəkkür məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinin Yasamal Rayon Polis İdarəsində obyektiv şəkildə araşdırılmasına və qanunamüvafiq tədbirlərin görülməsinə görə minnətdarlığını bildirir.
22.06.2024 - Vətəndaş Gülü Məmmədova
Vətəndaş Gülü Məmmədova təşəkkür məktubunda müraciətinin Astara Rayon Polis Şöbəsində həssaslıqla və obyektiv şəkildə araşdırılmasına, məsələnin müsbət həllini tapmasına görə şöbə rəhbərliyinə öz minnətdarlığını bildirir.
22.06.2024 - Vətəndaş Babək Məmmədəliyev
Vətəndaş Babək Məmmədəliyev öz təşəkkür məktubunda müraciətinin müsbət həllini tapdığını, dəymiş maddi ziyanın ödənilməsinin təmin edildiyini bildirir və DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.
22.06.2024 - Biləsuvar sakini Əzizəli Mahmudov
Biləsuvar sakini Əzizəli Mahmudov yaşadığı rayonda ictimai asayişin etibarlı şəkildə təmin olunmasına, polis əməkdaşlarının xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə və vətəndaş müraciətlərinə həssaslıqla yanaşıldığına görə Biləsuvar Rayon Polis Şöbəsinin rəhbərliyinə öz təşəkkürünü bildirir.
21.06.2024 - Vətəndaş Cavid Mirzəyev
Vətəndaş Cavid Mirzəyev müraciətlərə diqqətlə yanaşıldığına və operativliyə görə Bərdə Rayon Polis Şöbəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.06.2024 - Bakı şəhər sakini Elşən Yusifov
Bakı şəhər sakini Elşən Yusifov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
21.06.2024 - Türkiyə vətəndaşı Nesim Bozkuş
Türkiyə vətəndaşı Nesim Bozkuş məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılaraq ona dəymiş ziyanın tam ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.