Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Xaçmaz rayon sakini Maya Hacıbabayeva üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Göyçay rayon sakini Ədalət Qasımov müraciətinin operativ və obyektiv araşdırılmasına görə, RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Mingəçevir şəhər sakini Vaqif Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, BDYPİ-yə bilavasitə tabe olan Yevlax RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

 

Qax rayon sakini Venera Otoraşvili təşəkkür məktubunda müraciətinin obyektiv araşdırılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Vətəndaş Nuqzar Məmmədov müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Elçin Hüseynov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirən, cinayətkarlıqla mübarizədə qətiyyətli və dönməz fəaliyyətinə görə Ağcabədi RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində əcnəbi vətəndaş olan bir qadını və onun 2 azyaşlı uşağını Zərdab rayonunun Bəyimli qəsəbəsində yerləşən heyvandarlıq təsərrüfatında məcburi əməyə məruz qoymaqda şübhəli bilinən Kəlbəcər rayon sakini Məhəmməd Babakişiyev tutulmuşdur.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-2.2.1 və 144-2.2.2-ci (məcburi əmək) maddələri ilə başlanılmış cinayət işi üzrə istintaq yekunlaşaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.  

Məhkəmənin hökmünə əsasən M.Babakişiyev Cinayət Məcəlləsinin həmin  maddələri ilə (məcburi əmək) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmişdir.      

Vətəndaş Dadaş Abdullayev Ağcabədi rayonu ərazisində yol polis əməkdaşlarının nümunəvi xidmətinə, maarifləndirici tədbirlərinə, xoş rəftarlarına və nəzakətli davranışılarına görə DİN rəhbərliyinə və Ağcabədi RPŞ DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Əminə Hacıağayeva DİN-ə ünvanladığı məktubunda müraciətinə baxılaraq araşdırma aparıldığına və qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.