DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Sevil Axundova ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də ehtiyacı olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vüqar Aslanov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək həll olunmasında, eləcə da ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Nəsimi RPİ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Rüfət Cəfərov ictimai asayişin və təhlükəsizliyin keşiyində mətin dayanan polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, ehtiyacı olan polis şəhid, o cümlədən veteran ailələrinə göstərdikləri diqqət və qayğıya, eləcə də etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və NBPİ Su Nəqliyyatında Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini, Abşeron RPİ-nin Veteranlar Şurasının sədri İsa İslamov ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, ehtiyacı olan ailələrə etdikləri ərzaq yardımlarına, eləcə də polis veteranlarına göstərdikləri diqqət və qayğıya görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhərinin bir qrup ziyalı və ağsaqqalları ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, ehtiyacı olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Şəki ŞRPŞ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Lənkəran rayon sakini Bəhram Hüseynov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Lənkəran ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını yazır.

Naftalan şəhər sakini Solmaz İsgəndərova qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə, eləcə də fədakar xidmətlərinə görə DİN rəhbərliyinə və Naftalan ŞPŞ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Vaqif Behbudov ictimai asayişin və təhlükəsizliyin keşiyində mətin dayanan polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, ehtiyacı olan polis şəhid, o cümlədən veteran ailələrinə göstərdikləri diqqət və qayğıya, eləcə də etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və NBPİ Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını yazır.

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin edilməsində, cinayətkarlıqla mübarizədə, eləcə də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən kütləvi imtahanlar zamanı binaların mühafizəsinin təmin olunmasında, asayişin qorunmasında, binalara buraxılışın təşkilində, imtahanların təhlükəsiz şəraitdə keçirilməsində yüksək peşəkarlıq nümayiş etdirərək vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.