Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayon sakini Səmayə Bəşirova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Astara RPŞ-nin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinin əməkdaşlarından razılığını ifadə edir.

Bakı şəhər sakini Bəsti Niftəliyeva üzləşdiyi dələduzluq faktı ilə bağlı DİN-in “İnstagram” səhifəsi vasitəsilə etdiyi müraciətinə dərhal reaksiya verildiyini, Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət edildiyini, nəzakətlə qarşılanaraq dinlənildiyini və qısa müddətdə məsələnin həlli istiqamətində müvafiq göstərişlər verildiyini yazır.
B.Niftəliyeva vətəndaşların DİN-in sosial şəbəkələrdəki səhifələri vasitəsilə müraciətlərinə dərhal reaksiya verildiyinə və həyata keçirilən tədbirlərə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Astara rayonunun Siyakü kənd sakini Polad Mahmudov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssas reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran şəhər sakini İlham Rəhimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Lənkəran ŞRPŞ-nin təhqiqat bölməsində obyektiv şəkildə araşdırılmasına görə razılığını ifadə edir.

Cəlilabad rayon sakini Vüqar Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin obyektiv şəkildə araşdırılmasına Cəlilabad RPŞ-nin əməkdaşlarına minnətdarlğını bildirir.

Cəlilabad rayon sakini Zahid Babayev sosial şəbəkədəki paylaşımında müraciətinə Cəlilabad RPŞ-nin rəhbərliyi tərəfindən dərhal reaksiya verilməsinə və onu narahat edən məsələnin müsbət həllini tapmasına görə təşəkkürünü bildirir.

Cəlilabad rayon sakini Səbuhi Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə görə Cəlilabad RPŞ-nin rəhbərliyindən razılığını ifadə edir.

Lənkəran rayon sakini Elnur Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına görə Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Masallı rayon sakini Rəşad Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa və müraciətlərə həssaslıqla yanaşılmasına görə Masallı RPŞ-nin rəhbərliyinə minnətdarlığını ifadə edir.