Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Nihad Musalı DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, barəsində tərtib olunmuş protokolla bağlı etdiyi müraciəti ilə əlaqədar İsmayıllı Rayon Polis Şöbəsinə dəvət olunduğunu, qanuni izah verilərək məsələyə aydınlıq gətirildiyini qeyd edir. 

Bakı şəhər sakini Araz Səmədov müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Abşeron rayon sakini Rauf Mirzəyev hətta polisin səlahiyyətinə aid olmasa belə, vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Abşeron rayon sakini Qüdrət Zeynallı müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.  

Vətəndaş Günay Hacıyeva Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə yazdığı mesajında polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə probleminin həll olunduğunu və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. 

Bakı şəhər sakini Aişə Məmmədli vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Quba rayon sakini Səbinə Cəfərova etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və müsbət həll edilməsinə görə DİN rəhbərliyinə, eləcə də Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Xaçmaz rayon sakini Fərman Səfərəliyev Xaçmaz RQİ və TBŞ-də olduğu zaman göstərilən diqqət, qayğıya  görə DİN rəhbərliyinə, eləcə də Xaçmaz RQİ və TBŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir. 

Vətəndaş Tural Tağızadə DİN-in rəsmi “facebook” səhisəsinə yazdığı təşəkkür məktubunda xidməti vəzifələrini, eləcə də peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə Siyəzən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.