Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi İlahə Ağamirzəyeva müraciətinə operativ baxılaraq itirdiyi əşyalarının dərhal tapılaraq ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nazim Rzayev ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Suraxanı Rayon Polis İdarəsinin kollektivinə minnətdarlığını bildirir.

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şıxmahmud kənd sakini Oruc Nəbiyev Daxili İşlər Nazirliyinə təşəkkür teleqramı göndərib. O, A.Heydərov adına Respublika Hospitalında yaradılan şəraitə, humanist və qayğıkeşliklərinə görə DİN rəhbərliyinə və hospitalın əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini İxtiyar Məhərrəmov məktubunda müraciətinə operativ baxılmasına və aparılan obyektiv araşdırmalara görə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Ümid Əzizov məktubunda müraciətinə çevik reaksiya verilərək qısa müddət müsbət həll olunmasında və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Elnur Əhmədov məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunmasında və ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Tovuz rayon sakini Cəfər Cəfərov vətəndaşların müraciətlərinə diqqətlə yanaşılmasına və operativliyə, həmçinin müraciətinin müsbət həll olunaraq özünün və ailəsinin narahatlığına son qoyulmasına görə DİN rəhbərliyinə və Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş Emil Bədəlov Daxili İşlər Nazirliyinin “Instagram” səhifəsinə yazdığı mesajında baş vermiş oğurluq hadisəsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir. 

Bakı şəhər sakini Ruslan Surxayzadə polis əməkdaşlarının operativliyi sayəsində qısa müddətdə oğurluq əməlini törədən şəxsin saxlanıldığını, oğurlanmış telefonunun özünə qaytarıldığını qeyd edir.