Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
23.09.2022 - Zərdab rayon sakini Sabit Muradov
Zərdab rayon sakini Sabit Muradov məktubunda Abşeron Rayon Polis İdarəsinə etdiyi müraciətinin obyektiv araşdırıldığını və qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək Abşeron RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.09.2022 - Bakı şəhər sakini Sakin Həmidov
Bakı şəhər sakini Sakin Həmidov məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayırlar.
23.09.2022 - Arzu Əzimzadə adlı vətəndaş
Arzu Əzimzadə adlı vətəndaş DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, küçədə qəflətən səhhətində problem yaranan bir qadına dərhal polis əməkdaşlarının yaxınlaşaraq köməklik göstərdiklərinin şahidi olduğunu qeyd edir, belə humanist və qayğıkeşliklərinə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.
23.09.2022 - Bakı şəhər sakini, Şəhid ailəsinin üzvü olan Vaqif Behbudov
Bakı şəhər sakini, Şəhid ailəsinin üzvü olan Vaqif Behbudov məktubunda Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Şəhid ailələrinə, o cümlədən onların ailələrinə yüksək diqqət və qayğı göstərildiyini qeyd edir. O, üzləşdikləri problemlərin həllində hər zaman onlara köməklik göstərdiklərinə, humanist və qayğıkeşliklərinə görə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
23.09.2022 - Abşeron rayon sakini Nahid Nuruyev
Abşeron rayon sakini Nahid Nuruyev DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq məişət səs-küyü ilə bağlı müraciətinə operativ baxılaraq müsbət həll edildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
23.09.2022 - Bakı şəhər sakini Emiliya İbrahimova
Bakı şəhər sakini Emiliya İbrahimova DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq ictimai asayişi etibarlı qoruyan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən bütün polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli işlərində uğurlar arzulayır.
23.09.2022 - Şəki şəhər sakini Nazir Hüseyinov, Zaqatala rayon sakini Leyla İbişova, Oğuz...
Şəki şəhər sakini Nazir Hüseyinov, Zaqatala rayon sakini Leyla İbişova, Oğuz rayon sakini Teymur Keytiyev və Qəbələ rayon sakini Sahib İbrahimov Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Şəki Şəhər-Rayon Polis Şöbəsində keçirdiyi vətəndaş qəbulunda qəbul edildiklərini, müraciətlərinin dinlənilərək aidiyyəti üzrə tapşırıqlar verildiyini və qısa müddətdə müsbət həll edildiyini qeyd edirlər. Onlar vətəndaş müraciətlərinə həssas yanaşılmasına, obyektivliyə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürlərini bildirirlər.
20.09.2022 - Bir qrup vətəndaş
Bir qrup vətəndaş DİN rəhbərliyinə ünvanladıqları məktublarda göstərilən xoş rəftara, səmimi münasibətə, diqqət və qayğıya, eləcə də çevik xidmətə görə Azərbaycan Polisinə minnətdarlıqlarını ifadə edirlər.
20.09.2022 - Sosial şəbəkə istifadəçiləri - Orxan Kəmalov, Elgün Cəlilov, Tural Cəfərov,...
Sosial şəbəkə istifadəçiləri - Orxan Kəmalov, Elgün Cəlilov, Tural Cəfərov, Famil Mehdiyev məktublarında DİN-ə ünvanladıqları müraciətlərinə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edirlər. Müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə DİN rəhbərliyinə, Yasamal RPİ, Binəqədi RPİ 7-ci PB-nin, Nizami RPİ 25-ci PB-nin və Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşlarına təşəkkürlərini bildirirlər.