DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ələddin Məmmədov rayonda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də ehtiyacı olan ailələrə göstərdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayon sakini Rövşən Ağayev rayonda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də ehtiyacı olan ailələrə göstərdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Saatlı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Göyçay rayon sakini Habil Əhmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona və həmkəndlisi Qalib Hüseynova məxsus xırdabuynuzlu heyvanları oğurlayan şəxslərin tapılaraq məsuliyyətə cəlb edilməsinə və oğurlanmış heyvanların onlara qaytarılmasına görə Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağdam rayon sakini Pənah Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Mingəçevir ŞPŞ rəhbərliyinin vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə onlara öz minnətdarlığını bildirir.

Şəmkir rayon sakini Tahir Vəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 9-cu tağımının əməkdaşlarına minnətdarlığını bildirir.

Polis-vətəndaş münasibətlərinin müsbət yöndə inkişafının nəticəsidir ki, hər gün Daxili İşlər Nazirliyinə əməkdaşlarımızın peşəkarlıqlarını əks etdirən onlarla təşəkkür məktubu ünvanlanır. Bu məktublarla tanış olduqda anlamaq olur ki, Azərbaycan Polisi tək cinayətkarlıqla mübarizə, ictimai asayişin qorunmur eyni zamanda vətəndaşların hər bir probleminə laqeyd qalmır, onlara əlindən gələn köməkliyi əsirgəmirlər.

Goranboy rayonunun Tatarlı kənd sakini Ziya Şükürovun ünvanladığı məktubda qeyd edilən fikirləri bir daha təsdiqləyir. Vətəndaş məktubda yazır:

“İyunun 5-də saat 12 radələrində rayonun Goran qəsəbəsində idarə etdiyim avtomobilin təkərində yaranan problemlə əlaqəli avtomobili saxlamaq məcburiyyətində qaldım. Çıxılmaz bir vəziyyətdə qalmışdım və ətrafda kömək edəcək heç kim yox idi. Bu zaman Rayon polis Şöbəsinin Post patrul Xidmətinin avtomobili dayandı və tanımadığım 3 nəfər polis əməkdaşı mənimlə səmimi salamlaşaraq necə köməklik edə biləcəklərini soruşdular. Başıma gələn hadisəni onlaraq nəql etdikdən sonra polis əməkdaşları avtomobildə olan problemi aradan qaldırıb yoluma davam edə biləciyimi dedikdə bir daha əmin oldum ki, həqiqətə müstəqil Azərbaycanın şanlı, xalqının və dövlətinin yanında olan polisləri var. Bir azərbaycanlı kimi xalqımla, dövlətimlə qürur duyuduğum kimi, polisimlə də qürur duyur onlara bu çətin və şərəfli xidmətlərində uğrlar arzu edirəm.”

Ağdam rayon sakini Sövdəyar Ağayev DİN-ə ünvanladığı minnətdarlıq məktubunda bank hesabından edilən oğurluq faktı ilə bağlı müraciətinə obyektiv baxıldığına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Yasamal RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nuranə Səfərova DİN-ə ünvanladığı məktubunda Qara Qarayev metrostansiyasında itirdiyi pulqabısının tapılaraq ona qaytarılmasına görə DİN rəhbərliyinə və Metropolitendə PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sumqayıt şəhər sakini Alidə Eyvazova itirilmiş sənədlərinin tapılması ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Sumqayıt RPİ 4-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.