Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ucar rayon sakini, "Dəmir Yumruq" Qadınlar Cəmiyyətinin üzvü Zümrüd Xəlilova DİN-ə ünvanladığı məktubunda şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Ucar Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Bir qrup Laçın və Kəlbəcər rayon sakini onlara məxsus mal-qaranı oğurlayan şəxsin tutularaq məsuliyyətə cəlb edilməsinə və dəymiş maddi ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Ağdam rayon sakini Sürəyya Hacıyeva təşəkkür məktubunda müraciətinin müsbət həll edilməsinə görə, Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakinləri Eldar Zakirov və Gültər Musayeva müraciətlərinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Mingəçevir şəhər sakini Zakir Məmmədov təşəkkür məktubunda həyatına olan təhlükə ilə bağlı etdiyi müraciətin operativ araşdırılmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Könül Səmədova müraciətinin obyektiv araşdırılmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Laçın rayon sakini Nazir Hüseynov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll edilməsinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Faiq Mehdiyev itirdiyi mobil telefonun tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bir qrup Mingəçevir şəhər sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.