Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Samux rayon sakini İlham Məmmədov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla Azərbaycan polisinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Elşən Məmmədov məktubunda müraciəti ilə əlaqədar nəzakətlə qarşılanaraq dinlənildiyini və müraciətinə obyektiv baxıldığını qeyd edir. O, vətəndaş müraciətlərinə, o cümlədən onun müraciətinə həssas yanaşılmasına, göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bir qrup Gəncə şəhər sakini daxili işlər naziri tərəfindən Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən vətəndaş qəbulunda göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Nəzakət Quliyeva müraciətinin müsbət həllinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Möhsüm Nərimanov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə başda DİN rəhbərliyi olmaqla Sabirabad RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir. 

Bakı şəhər sakini Nazim Rzayev DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ucar  rayon sakini Elxan Əhnədov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Ucar Rayon Polis Şöbəsinin kollektivinə təşəkkür edir.

Vətəndaş Fərid Əsədov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilməsinə və həyata keçirilən tədbirlərə görə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Diana Əhmədova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.