Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Mən Həsənova İsmira Afət qızı. 34-cü Polis Şöbəsinə ərizə ilə müraciət etmişdim. Müraciətimə dərhal baxılıb, mənə lazımi köməklik göstərildi. Buna görə də cənab nazir Sizə, Xətai RPİ-nin rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Yaşasın Azərbaycan Polisi. Tel: 055-786-59-49

Mən İsbarov Səməd Cəmil oğlu. 23.01.2025-ci il tarixində Nərimanov rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı oldum. Hadisə yerinə gələn polis əməkdaşlarının hadisə yerini mühafizə etməsi və vətəndaşlarla davranışı mənim çox xoşuma gəldi. Buna görə cənab Nazir Vilayət Eyvazova və Nərimanov rayon rəhbərliyinə təşəkkür edirəm. Tel: 055 854-49-05

Mən, Vəliyev Kənan Hacıqulu oğlu. 22.01.2025-ci il tarixində Nərimanov rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı oldum. Hadisə yerinə gələn polis əməkdaşlarının hadisə yerini mühafizə etməsi və vətəndaşlarla davranışı mənim çox xoşuma gəldi. Buna görə cənab Nazir Vilayət Eyvazova və Nərimanov rayon rəhbərliyinə təşəkkür edirəm. Tel: 077 366-36-94

Mən Hacıyeva Şamama Ləliş qızı, 08.01.2025-ci il tarixində çiyin çantamı naməlum şəraitdə itirdim, içində pul (319azn) və sənədlərim bu barədə metropoliten idarəsinə ərizə ilə yaxşı ki, müraciət etmişəm metropolitenin Ə.Əli müəllim və CAB rəisi S.Məmmədova öz təşəkkürümü bildirirəm ki, mənim çantamı taparaq bütün əşyalarımı və pulumu taparaq mənə geri qaytardılar.Bütün polis əməkdaşlarına təşəkkürümü bildirirəm. "Polis məni qoruyur". 
Tel: 070 916-66-69

Vətəndaş Arzu Balabəyova məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Milanə Əzizova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında  göstərdikləri köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Aytən Osmanova məktubunda üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Mahmudoba kənd sakini Faiq Kərimov məktubunda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Şahbuz Rayon Polis Şöbəsində qəbul edildiyini, obyektiv araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll olunduğunu və ona dəymiş maddi zərərin ödətdirildiyini qeyd edir.
O, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyində, o cümlədən Şahbuz Rayon Polis Şöbəsində müraciət edən vətəndaşların nəzakətlə qarşılanaraq dinlənildiyini, müraciətlərinə həssaslıqla yanaşıldığını, obyektiv araşdırma aparıldığını qeyd edir, göstərilən diqqət və qayğıya, humanizmə, obyektivliyə, vətəndaş məmnunluğu üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər nazirliklərinin rəhbərliyinə təşəkkürünü bildirir.

Quba rayon sakini  Əliağa Nəcəfov müraciətinin obyektiv araşdırılmasına, eləcə də  müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.