Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Kəmalə Vəliyeva pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Sumqayıt Şəhər Polis İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Azərbaycan polisinə təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Bakı şəhər sakini Çimnaz Cəbrayılova müraciətinə həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Səbuhi Əbilov övladının imtahanı zamanı polis əməkdaşları tərəfindən ictimai təhlükəsizliyi yüksək səviyyədə qorunduğunu və hər bir şagirdə həssaslıqla yanaşıldığını qeyd edərək Azərbaycan polisinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Coşqun Dadaşov DİN-ə təşəkkür məktubu ünvanlayıb. O, mayın 2-də axşam saatlarında xəsarət almış azyaşlı övladının avtomobili ilə xəstəxanaya çatdırılmasında adını bilmədiyi Yol Patrul Xidməti əməkdaşının yaxından köməklik göstərdiyini və onları xəstəxanayadək müşayiət etdiyini yazır.

Vətəndaş Rasim Yusifov DİN-in “Instagram” səhifəsinə yazdığı təşəkkür məktubunda səhifə vasitəsilə etdiyi müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə 17-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Biləsuvar rayon sakini İlyas Mirzəyev məktubunda rayon ərazisində ictimai asayişin etibarlı təmin olunması üçün gecə-gündüz yorulmadan ayıq-sayıq xidmət aparan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayır. 

Siyəzən rayon sakini Çingiz Məmmədov öz təşəkkür məktubunda müraciətinin Səbail RPİ-də obyektiv şəkildə araşdırıldığını və ona dəymiş ziyanın tam şəkildə ödənilməsinin təmin edildiyini bildirir və bununla əlaqədar məmnunluğunu ifadə edir.

Astara rayon sakini Nənəşi Bəşirov öz təşəkkür məktubunda müraciətinin Astara Rayon Polis Şöbəsində hərtərəfli araşdırılmasına və ona dəymiş maddi ziyanın ödənilməsinin təmin olunmasına görə minnətdarlığını bildirir.

Astara rayon sakini Nazim Abbasov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimai asayişin etibarlı şəkildə təmin olunmasına, cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinə görə Astara RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.