Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Ceyran Qurbanova müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə Xətai RPİ-nin əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə istifadəçisi Emina Məmmədova baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin şəxsi heyətinə təşəkkür edir.

Sosial şəbəkə istifadəçisi Alleytar Əbilova müraciətinə dərhal reaksiya verilməsinə və probleminin müsbət həllini tapmasında göstərilən köməkliyə görə Nizami RPİ 24-cü PŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Nərminə Mustafayeva ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ baxılmasına və dəymiş ziyanın ödətdirilməsinə görə başda DİN rəhbərliyi olmaqla Yasamal RPİ-nin İŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Valeh Cəfərov Azərbaycan Polisinin xidmətindən razılıq edir və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Nərimanov RPİ-nin rəhbərliyinə minnətdarlıq edir.

Vətəndaş Elnur Məmmədov müraciətinə həssas yanaşılaraq, obyektiv və operativ baxılmasına görə  “102” Xidməti-zəng Mərkəzinin kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Mahirə Əliyeva itkin düşən qızının tapılmasında ona göstərilən köməkliyə görə BŞBPİ-nin Cinayət-Axtarış İdarəsinin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakini Güllü Səmədova ünvanladığı təşəkkür məktubunda  şikayətçi olduğu şəxsin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsinə görə DİN rəhbərliyi başda olmaqla Binəqədi RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Şəhid Vüqar Nəcəfovun həyat yoldaşı Sara Nəcəfova DİO-da xidmətə qəbul olunması ilə bağlı müraciətinin müsbət həll olunmasına və o cümlədən şəhid ailələrinə göstərilən köməkliyə, yüksək diqqət və qayğıya görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin kollektivinə minnətdarlıq edir.