Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.09.2022 - Vətəndaş Azər Əliyev
Vətəndaş Azər Əliyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda qeydiyyat məsələsi ilə bağlı müraciətinə operativ baxılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə və Suraxanı RPİ-nin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
27.09.2022 - Siyəzən şəhər sakini Aydın Məmmədov
Siyəzən şəhər sakini Aydın Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin qorunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirən və fədakarlıq nümayiş etdirən Azərbaycan Polisinə minnətdarlığını bildirir, çətin və şərəfli işlərində uğurlar arzu edir.
27.09.2022 - Oğuz rayon sakini Məmməd Keytiyev və Zaqatala rayon sakini Telli Arzumanova
Oğuz rayon sakini Məmməd Keytiyev və Zaqatala rayon sakini Telli Arzumanova Daxili İşlər Nazirliyinə ünvanladıqları məktublarda Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun Şəki Şəhər-Rayon Polis Şöbəsində keçirdiyi vətəndaş qəbulunda qəbul edildiklərini, müraciətlərinin dinlənilərək aidiyyəti üzrə tapşırıqlar verildiyini və qısa müddətdə müsbət həll edildiyini qeyd edirlər. Onlar vətəndaş müraciətlərinə həssas yanaşılmasına, obyektivliyə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürlərini bildirirlər.
24.09.2022 - Sosial şəbəkə istifadəçisi Samir Qurbanov
Sosial şəbəkə istifadəçisi Samir Qurbanov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə çevik, eləcə də obyektiv baxılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə, Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.
24.09.2022 - Sosial şəbəkə istifadəçisi Elvin Səhətbəyli
Sosial şəbəkə istifadəçisi Elvin Səhətbəyli üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə obyektiv baxılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir.
24.09.2022 - Bakı şəhər sakini Nemət Əsgərov
Bakı şəhər sakini Nemət Əsgərov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Suraxanı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.
24.09.2022 - Bakı şəhər sakini, müharibə veteranı Sərməst Babayev
Bakı şəhər sakini, müharibə veteranı Sərməst Babayev üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Xəzər RPİ İstintaq şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.
23.09.2022 - Xaçmaz rayon sakini Mətanət Əliyeva
Xaçmaz rayon sakini Mətanət Əliyevanın üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında DİN rəhbərliyinə və Xaçmaz RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
23.09.2022 - Bakı şəhər sakini Tural Cəfərov
Bakı şəhər sakini Tural Cəfərov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, mobil telefonunun oğurlanması ilə bağlı səhifə vasitəsilə etdiyi müraciətlə əlaqədar Yasamal Rayon Polis İdarəsinə dəvət edildiyini, araşdırma aparılaraq qısa müddətdə müraciətinin müsbət həll edildiyini qeyd edir. T.Cəfərov müraciətinə çevik baxıldığına və həyata keçirilən operativ tədbirlərə görə DİN rəhbərliyinə və Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.