Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
01.12.2022 - Quba rayon sakini İlhamə Kərimova
Quba rayon sakini İlhamə Kərimova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
01.12.2022 - Laçın rayon sakini Nəriman Hüseynov
Laçın rayon sakini Nəriman Hüseynov müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkür edir.
01.12.2022 - Kəlbəcər rayon sakini Əli Yunuslu
Kəlbəcər rayon sakini Əli Yunuslu etdiyi müraciətin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə təşəkkür edir.
01.12.2022 - Bir qrup Bərdə rayon sakini
Bir qrup Bərdə rayon sakini müraciətlərinin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
01.12.2022 - Ağdam rayon sakini Telman Orucov
Ağdam rayon sakini Telman Orucov etdiyi müraciətin müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
01.12.2022 - Qax rayon sakini Şahlar İsmayıl
Qax rayon sakini Şahlar İsmayıl sosial şəbəkə hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, məktəbdən çıxaraq naməlum istiqamətdə gedən azyaşlının yol polisi əməkdaşı tərəfindən vaxtında görülən tədbirlərlə itkin düşməsinin qarşısının alınmasına görə BDYPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.12.2022 - Bir qrup Göyçay rayon sakini
Bir qrup Göyçay rayon sakini DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktubunda rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbirlərə görə Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
01.12.2022 - Mingəçevir şəhər sakini Fikrət Yusifov
Mingəçevir şəhər sakini Fikrət Yusifov ona məxsus mağazadan oğurluq edən şəxsin tutulmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
01.12.2022 - Sosial şəbəkə istifadəçisi Abuzər Cəfərli
Sosial şəbəkə istifadəçisi Abuzər Cəfərli Daxili İşlər Nazirliyinin xidməti fəaliyyəti ilə bağlı şəxsi “Facebook” səhifəsində paylaşdığı postda vətəndaşların müraciətlərinə ən çevik, obyektiv, operativ reaksiya verən, eləcə də onların üzləşdikləri problemləri qısa zaman kəsiyində həll edən rəsmi dövlət orqanı kimi Daxili İşlər Nazirliyinin adını qeyd edib. O, həmçinin dələduzluğa məruz qalan tanışı İ.Vəliyevaya dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sabunçu RPİ və 13-cü Polis Bölməsi əməkdaşlarına minnətdarlığını bildirib.
Postun sonunda ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə 13-cü Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü də ifadə edib.