Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Anar Mehdizadə müraciətinə tez bir zamanda baxılaraq probleminin həllini tapmasında ona göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasının polis-vətəndaş münasibətlərinin daha da yaxşılaşmasına zəmin yaratdığını qeyd edir.

Vətəndaş Şirasdan Vəliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda şikayətinə tez bir zamanda baxılaraq hüquqlarının qorunmasında ona göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Kəmalə Məmmədova itirdiyi pul kisəsinin tez bir zamanda tapılıb ona təhvil verilməsində göstərdikləri köməkliyə görə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Aytac Rzayeva onu narahat edən məsələnin nəzarətə götürülərək tez bir zamanda müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Nəsimi Quliyev tanışı Şahin Məmmədovun üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sumqayıt Şəhər Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Vaqif Səmədli xidməti vəzifələrini, eləcə də peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə BŞBPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Yeganə Məmmədova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Bakı şəhər sakini Ləyaqət Mustafayeva üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sabunçu RPİ İstintaq Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Bayram Hüseyzadə qızının diqqətsizliyi ucbatından “Texnofest” festivalı zamanı itirdiyi əl çantasının xidmətdə olan polis əməkdaşları tərəfindən tapılaraq onlara qaytarılmasından yazır. Bildirir ki, təhlükəsizliyin, əmin-amanlığın keşiyində duran Azərbaycan Polisi bununla da bir daha ayıq-sayıq xidmət apardığını sübut etdi. Göstərilən çevik, operativ köməkliyə görə Xəzər RPİ Post-Patrul Xidməti Bölüyünün rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.