Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Günay Yusifova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Bildirmək istəyirəm ki, uzun müddət qorxu və narahatlıq içində, çarəsiz qaldığımız anda dövlətimizin ədalətinə və hüquq-mühafizə orqanlarına üz tutduq. Müraciətimizin diqqətlə araşdırılması, səsimizin eşidilməsi və qanunun aliliyinin təmin olunması anam və mənə yenidən ümid və inam bəxş etdi. Mənə qarşı qanunsuz hərəkət edən şəxsin qanun qarşısında cavab verməsi göstərdi ki, Azərbaycan dövlətində heç kim qanundan üstün deyil və hər bir vətəndaşın hüququ qorunur. Bu gün biz uzun müddətdən sonra ilk dəfədir ki, evimizdə özümüzü təhlükəsiz hiss edir, başımızı rahatlıqla yastığa qoya bilirik. Xüsusilə qeyd etmək istəyirəm ki, Yasamal Rayon Polis İdarəsinin rəhbərliyi və əməkdaşları müraciətimizə məsuliyyətlə, peşəkarlıqla, insanpərvərliklə yanaşdılar. Onların qanunun keşiyində qətiyyətlə dayanması, vətəndaşın hüquqlarını qorumaq əzmi bizdə dövlətimizə olan etimadı daha da gücləndirdi. Buna görə də, başda dövlətimizin Prezidenti cənab İlham Əliyevə, Vitse-prezident Mehriban xanım Əliyevaya, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova, Yasamal Rayon Polis İdarəsinin rəisi, polkovnik Mirnemət Mirbabayevə və onun işçi heyətinə ən səmimi təşəkkürümü bildirirəm. Gördüyünüz bu məsuliyyətli və şərəfli işdə hər birinizə sonsuz minnətdaram, fəaliyyətinizdə uğurlar və möhkəm can sağlığı arzu edirəm. 

Vətəndaş Fatma Heydərova DİN-ə ünvanladığı təşəkkür məktubunda müraciətinə obyektiv baxıldığına görə minnətdarlığını bildirir.

Vətəndaş Tural Orucov, Elvin Rəhimov və Şahin İsmayılov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Nərimanov RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edirlər.

Vətəndaş Günay Camalova etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla polis əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Rəşad Babayev etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Pirallahı RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Kəngərli rayon sakini Səyavuş Rüstəmov xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Respublikası və Naxçıvan MR DİN-in rəhbərliyinə minnətdarlığını bildirir.

Ağcabədi rayon sakini Sənay Cəfərova DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında müraciəti ilə əlaqədar ona göstərilən diqqətə və köməyə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Lerik rayon sakini İlham İbadov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, müraciəti ilə əlaqədar Lerik Rayon Polis Şöbəsinin rəhbərliyi tərəfindən qəbul edilməsinə və vətəndaş məmnunluğunun təmin edilməsinə görə minnətdarlığını bildirir.

Astara rayon sakini Elvin Nəsirov Daxili İşlər Nazirliyinə təşəkkür məktubu yazıb. O, xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə, ictimai asayişin etibarlı qorunmasına, operativliyə, yüksək peşəkarlığa və vətəndaşlarla nəzakətli davranışa görə Astara Rayon Polis Şöbəsinin rəhbərliyinə və şəxsi heyətinə minnətdarlığını bildirir.