Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
17.09.2026 - Bakı şəhər sakini Cavid Nağıyev
Bakı şəhər sakini Cavid Nağıyev müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.09.2026 - Bakı şəhər sakini Fidan Nəbizadə
Bakı şəhər sakini Fidan Nəbizadə müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.09.2026 - Bakı şəhər sakini Tamerlan Ağabəyov
Bakı şəhər sakini Tamerlan Ağabəyov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
17.09.2026 - Vətəndaş Ülviyyə İsmayılova
Vətəndaş Ülviyyə İsmayılova etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Nəsimi RPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.
17.09.2026 - Vətəndaş Ayşəm Əliəskərova
Vətəndaş Ayşəm Əliəskərova DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 04.09.2026-cı il tarixində maşınımı sağa sıxaraq mənə qarşı qeyri-etik hərəkət sərgiləyən motosiklet sürücüsü ilə bağlı 16-cı Polis Şöbəsinə müraciət etmişdim. Müraciətimə tam ciddi yanaşılaraq həmin şəxs 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunmuş və barəsində qanuni tədbir görülmüşdür. Bununla bağlı cənab Nazir, şəxsən Sizə, Nərimanov Rayon Polis İdarəsinin rəisinə və 16- cı Polis Şöbəsinin rəisinə dərin təşəkkürümü bildirirəm.
17.09.2026 - Vətəndaş Salah Salahov
Vətəndaş Salah Salahov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 02.09.2026-cı il tarixində Naxçıvan Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmişdim. Müraciətimə Naxçıvan Şəhər Polis İdarəsinin sahə rəisi tərəfindən dərhal baxılmış və nəticədə mənə dəymiş zərər tam şəkildə qarşılanmışdır. Məsələmə operativ və obyektiv yanaşıldığı, müraciətimə qısa müddətdə baxılaraq həllini tapdığı üçün başda Azərbaycan Respublikasının Daxili İşlər Naziri cənab Vilayət Eyvazov olmaqla, Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına dərin təşəkkürümü bildirirəm. Vətəndaş müraciətlərinə belə həssas və operativ münasibət göstərdiklərinə görə Naxçıvan Şəhər Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı ifadə edirəm.
17.09.2026 - Vətəndaş Kərim İsmayılov
Vətəndaş Kərim İsmayılov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Biz AzCamex karqo şirkətinin üzvüyük və 04.09.2026-cı ildə 39-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək bağlamaların səhv göndərilməsi və müştərilərin narazı olduğu barəsində məlumat verdik. Hadisədən 2 gün sonra əməkdaşlar mənimlə əlaqə saxlayaraq məhsulların kuryer ilə birlikdə tapılması barədə məlumat verdilər. Polis əməkdaşlarının operativ işləməsinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkür edir, göstərdiyləri operativ əməliyyata görə Səbail rayon 39-cu Polis Şöbəsinə təşəkkür edirik.
17.09.2026 - Əcnəbi vətəndaş Stanislav Pısaxov
Əcnəbi vətəndaş Stanislav Pısaxov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: Mən Pısaxov Stanislav, Hava Nəqliyyatında Polis İdarəsinin rəhbərliyinə və əməkdaşlarına göstərdikləri diqqət, operativlik və peşəkarlığa görə dərin təşəkkürümü bildirirəm. Bakı hava limanında ehtiyatsızlıqdan çantamı arabada unutmuşdum. Polis əməkdaşlarının operativ fəaliyyəti nəticəsində çantam tapılaraq içərisindəki əşyalarla birlikdə mənə tam şəkildə qaytarıldı. Göstərdiyiniz diqqət və köməyə görə təşəkkür edir, məsuliyyətli xidmətinizdə uğurlar arzulayıram.
17.09.2026 - Vətəndaş Abdulla Sadıqov
Vətəndaş Abdulla Sadıqov DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı ünvanlayıb: 02.09.2026-cı il tarixində mənə məxsus 99-DX-043 dövlət qeydiyyat nişanlı avtomobil protokol əsasında dayanacağa yerləşdirilmişdir. Məsələ ilə bağlı Xətai Rayon YPX əməkdaşlarından, YP- 294 üzrə müraciətim olmuşdur. Daha sonra Xətai Rayon Dövlət Yol Polisi Şöbəsində olmuşam. Burada hüquq və vəzifələrim mənə ətraflı izah edilmişdir. Göstərilən diqqət və obyektiv yanaşmaya görə müraciətimin əsassız hesab edilməsini xahiş edirəm. Müraciətimə göstərilən diqqətə və məsələnin izahına görə Xətai Rayon Polis İdarəsinin və Dövlət Yol Polisi Şöbəsinin rəhbərliyinə təşəkkür edirəm.