Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Tamilla Məhəmmədova Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda sorğusunun ətraflı cavablandırılmasına, həmçinin qarşılaşdığı problemin həllində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkür edir.

Abşeron rayon sakini Sənəm Hüseynova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir və göstərilən köməkliyə görə Şərur Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Aysel Abbasova hətta polisin səlahiyyətinə aid olmasa belə vətəndaş məmnunluğu üçün müraciətlərə həssas yanaşılmasına, göstərilən humanistliyə və qayğıya görə DİN rəhbərliyinə və Azərbaycan polisinə minnətdarlığını bildirir.

Vətəndaş Cəvahir Albalıyeva DİN-in “Instagram” səhifəsinə yazdığı mesajında üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Əziz Tağıyev məktubunda müraciətinə operativ baxılmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN-in rəhbərliyinə minnətdarlığını ifadə edir.

Vətəndaş Daşqın Əliyev məktubunda müraciətinə operativ baxılmasına və həyata keçirilən tədbirlərə görə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş İlahə Hüseynova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Vətəndaş Nicat Bəydəmir məktubunda ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.  

Bakı şəhər sakini Söhrab Cabbarov məktubunda müraciətinə operativ baxılmasına və araşdırılaraq qısa müddətdə müsbət həll olunmasında göstərilən köməkliyə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.