Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
27.04.2022 - Lənkəran rayon sakini Nuranə Ramazanova
Lənkəran rayon sakini Nuranə Ramazanova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda üzləşdiyi dələduzluq hadisəsi ilə bağlı Lənkəran ŞRPŞ-yə müraciət ediyini, müraciətinin obyektiv şəkildə araşdırılaraq ona dəymiş maddi ziyanın ödənilməsinin təmin olunduğunu bildirir və Azərbaycan Polisinə minnətdalığını ifadə edir.
27.04.2022 - Masallı rayon sakini Samir Quliyev
Masallı rayon sakini Samir Quliyev öz təşəkkür məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan qətiyyətli və barışmaz mübarizə tədbirlərinə, əldə olunan nəticələrə görə Masallı RPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.
27.04.2022 - Lənkəran rayon sakini Ramin Həşimov
Lənkəran rayon sakini Ramin Həşimov öz təşəkkür məktubunda Azərbaycan Polisinin fəaliyyətindən məmnunluğunu bildirir.
27.04.2022 - Gəncə şəhər sakini Aygün Əliyeva
Gəncə şəhər sakini Aygün Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssaslıqla yanaşılaraq operativ reaksiya verilməsinə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlıq edir.
26.04.2022 - Göyçay rayon sakini Rəvan Məmmədov
Göyçay rayon sakini Rəvan Məmmədov təşəkkür məktubunda avtomobilində baş vermiş yanğın hadisəsinin qarşısının alınmasında göstərdikləri köməkliyə görə Göyçay RPŞ-nin DYPB-nin əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2022 - Abşeron rayon sakini Aygün Əliyeva
Abşeron rayon sakini Aygün Əliyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ reaksiya verilməsinə və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.
26.04.2022 - Zaqatala rayon sakini Elvin Abdullayev
Zaqatala rayon sakini Elvin Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll edilməsinə görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2022 - Siyəzən rayon sakini Samir Zeynalov
Siyəzən rayon sakini Samir Zeynalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Siyəzən RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
26.04.2022 - Qusar rayon sakini Nurlan Nəzərov
Qusar rayon sakini Nurlan Nəzərov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Qusar RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.