Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
24.06.2022 - Bakı şəhər sakini Rüfət Mədətli
Bakı şəhər sakini Rüfət Mədətli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda “102” Xidməti Zəng Mərkəzinin fəaliyyətini təqdir edir. O, ictimai sabitliyin qorunmasında, cinayətkarlıqla mübarizədə Azərbaycan Polisinin gərgin xidməti fəaliyyətini yüksək dəyərləndirir.
24.06.2022 - Bakı şəhər sakini Aynur Əsədli
Bakı şəhər sakini Aynur Əsədli onlayn müraciətinə operativ reaksiya verilərək, probleminə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.06.2022 - Vətəndaş Təhminə Əhədzadə
Vətəndaş Təhminə Əhədzadə şikayətinə tez bir zamanda baxılaraq həllini tapmasında göstərdikləri köməkliyə görə Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
24.06.2022 - Bakı şəhər sakini Roza Mustafayeva
Bakı şəhər sakini Roza Mustafayeva üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Bakı şəhər BPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.
24.06.2022 - Bakı şəhər sakinləri Səidə Məmmədova və Ramil Məmmədov
Bakı şəhər sakinləri Səidə Məmmədova və Ramil Məmmədov onları narahat edən məsələnin nəzarətə götürülərək tez bir zamanda müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə Sabunçu RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirirlər.
24.06.2022 - Bakı şəhər sakinləri İlqar Məmmədov, Gülmayə Məcidova və Rövşən Paşayev
Bakı şəhər sakinləri İlqar Məmmədov, Gülmayə Məcidova və Rövşən Paşayev DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, eyni zamanda narkotiklərin dövriyyəsinin qarşısının alınmasında qətiyyətli mübarizə apardıqlarına görə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsini əməkdaşlarına təşəkkürlərini bildirirlər.
24.06.2022 - Bakı şəhər sakinləri Cəmilə Sadıyeva, Fəridə Rüstəmova və Vüsal Quliyev
Bakı şəhər sakinləri Cəmilə Sadıyeva, Fəridə Rüstəmova və Vüsal Quliyev müraciətlərinə operativ şəkildə baxıldığına, eyni zamanda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasında, cinayətkarlıqla mübarizədə fəal iştrakına görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
24.06.2022 - Abşeron şəhər sakinləri Xəlil Ziyadov, Ruslan Tağıyev və Amil Kərimov
Abşeron şəhər sakinləri Xəlil Ziyadov, Ruslan Tağıyev və Amil Kərimov üzləşdikləri problem ilə əlaqədar etdikləri müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də səhhəti pişləşən övladının operativ şəkildə klinikaya çatdırılmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.
24.06.2022 - Bakı şəhər sakini Şəhruz Əliyev
Bakı şəhər sakini Şəhruz Əliyev üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Suraxanı RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.