Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Əfsanə Hüseynova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir, polis əməkdaşlarına çətin və şərəfli işlərində uğurlar arzulayır.

Goranboy rayon sakini Allahverən Kərimov məktubunda üzləşdiyi problemlə bağlı müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə Azərbaycan polisinə təşəkkürünü bildirir.

Vətəndaşlar Rahib Ələkbərov və Aygün Rüstəmova DİN-ə ünvanladıqları məktublarında xidməti vəzifələrini və peşə fəaliyyətini  layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Polisinə minnətdarlıq edir.

Tovuz  rayon sakini Eltac Xəlilov müraciəti ilə əlaqədar məsələnin müsbət həllini tapmasına və vətəndaş məmnunluğunun təmin edilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Goranboy rayon sakini Nərgiz Rəhimzadə DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinə operativ reaksiya verilməsinə və müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkür edir.

Oğuz rayon sakini Pərvanə Rəhimova müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Şamaxı rayon sakini Qüdrət Heybətov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə DİN-in əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Xanım Ağaməmmədova Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubunda sorğularının ətraflı cavablandırılmasına, həmçinin onların qarşılaşdıqları problemlərin həllində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə təşəkkür ifadə olunur.

Vətəndaş Nərminə Səmədova müraciətinə dərhal reaksiya verildiyinə və həyata keçirilən operativ tədbirlərə görə Səbail RPİ-nin əməkdaşlarına təşəkkürünü bildirir.