Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Lənkəran rayon sakini İlqar Mənsimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə Lənkəran ŞRPŞ-də operativ reaksiya verilməsinə və ona dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Cəlal Bəyverdiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Lənkəran ŞRPŞ-də araşdırılmasına və ona məsələ ilə bağlı lazımi izahatın verilməsinə görə minnətdarlığını bildirir.

Cəlilabad rayon sakini Əliqənbər Əliyev öz təşəkkür məktubunda ictimai təhlükəsizliyin və ictimai asayişin etibarlı təmin olunmasına, cinayətkarlıqla mübarizədə əldə olunan nəticələrə və vətəndaşlara göstərilən diqqətə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Adil Məmmədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin Lənkəran ŞRPŞ-də obyektiv şəkildə araşdırılmasına və ona dəyən maddi ziyanın ödənilməsinin təmin olunmasına görə minnətdarlığını bildirir.

Masallı rayon sakini Rüstəm İsgəndərov öz təşəkkür məktubunda müraciəti ilə əlaqədar Masallı RPŞ-nin əməkdaşları tərəfindən ona kömək göstərilməsinə və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını bildirir.

Lənkəran rayon sakini Xanımgül Babayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda evindən oğurluq edən şəxsin müəyyən edilərək saxlanılmasına və dəyən maddi ziyanın ödənilməsinin təmin edilməsinə görə Lənkəran ŞRPŞ-nin əməkdaşlarından razılığını ifadə edir.

Bir qrup Astara sakini DİN rəhbərliyinə ünvanladqları təşəkkür məktubunda Astara RPŞ-nin əməkdaşlarının xidməti fəaliyyətindən və vətəndaşlara qarşı sərgilənən nəzakətli davranışdan razılıqlarını ifadə edirlər.

Vətəndaş İlham Xəlilov müraciətinə polis əməkdaşları tərəfindən həssas yanaşıldığına və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və DİO əməkdaşlarına dərin minnətdarlığını bildirir və gələcək peşəkar fəaliyyətlərində uğurlar arzu edir.

Vətəndaş Qasım Əzimli Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda mənzilində baş vermiş oğurluq hadisəsi ilə bağlı Xəzər Rayon Polis İdarəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərlə qısa müddətdə bu cinayətin üstünün açıldığını və ona dəymiş maddi ziyanın tam ödətdirildiyini qeyd edir.