Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəki rayon sakinləri Qasım Məmmədəliyev, Sərdar Pənahov və Rahim Mustafayev təşəkkür məktublarında onlara məxsus mağazalardan oğurluq edən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmasına, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsinə görə Şəki ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Mingəçevir şəhər sakini Narınc Abdurahmanova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona qarşı dələduzluq edən şəxsin müəyyən olunaraq saxlanılmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Qax rayon sakini Fərhad Fətəliyev təşəkkür məktubunda xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki şəhər sakini Tərlan Əkbərov etdiyi müraciətinə müsbət reaksiya verdikləri üçün ŞRPŞ-nin əməkdaşlarına təşəkkür edir.

Şamaxı rayon sakini Nəcəf Qurbanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ reaksiya verdikləri üçün RPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Bakı şəhər sakinləri Zakir Şərifov və Rauf Cəbiyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajları göndəriblər. Onlar evlərindən su sayğaclarının oğurlanması ilə bağlı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə etdikləri müraciətləri ilə əlaqədar keçirilən operativ tədbirlər nəticəsində bu əməlləri törədən şəxsin qısa müddətdə müəyyən edilərək saxlanıldığını yazırlar. 
Z.Şərifov və R.Cəbiyev həyata keçirilən operativ tədbirlərə görə 43-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürlərini bildirirlər. 

Sumqayıt şəhər sakini Elməddin Cəfərov məktubunda H.Z.Tağıyev qəsəbəsində pulqabısını itirdiyini yazır. O, bununla bağlı Sumqayıt ŞPİ-nin 2-ci Polis Bölməsinə müraciət etmək üçün gəldiyini, bu zaman onun pulqabısını tapmış Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşının orada ona təhvil verdiyini bildirir. 
E.Cəfərov xidməti vəzifələrini layiqincə yerinə yetirən və humanistlik göstərən Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Nəsimi Bayramov üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasında, eləcə də əşyalarının ona qaytarılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 4-cü Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

mahir_vekil adlı sosial şəbəkə izləyicisi ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının, eləcə də konstitusion hüquqlarının qorunmasında xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü ifadə edir.