Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Nazim Rzayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılmasına və məsələnin müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Rafiq Atakişiyev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Naxçıvan Muxtar Respublikasının Bulqan kənd Pərvin Axundov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə həssas yanaşılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Naxçıvan Muxtar Respublikasının DİN rəhbərliyinə təşəkkürünü bildirir

Laçın şəhər sakini Emin Hadıyev məktubunda müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və pozulmuş hüquqlarının bərpa edilməsinə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhər sakini Sənan Mikayılov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın tam ödətdirilməsində göstərdikləri köməkliyə görə Naxçıvan Muxtar Respublikasının DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Hacıqabul rayon sakini Elşən Quliyev DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Bakı şəhər sakini Natiq Şərifov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətinin müsbət həll olunmasına görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Saatlı rayon sakini Rauf Eynullayev DİN-ə ünvanladığı məktubunda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkür edir.

Vətəndaş Coşqun Abdullayev “Facebook” sosial şəbəkə hesabında paylaşdığı postda xidməti vəzifələrini və peşə fəaliyyətlərini layiqincə yerinə yetirdiklərinə görə Zərdab RPŞ-nin əməkdaşlarına təşəkkür edir.