Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Mehman Əliyev ünvanladığı məktubunda operativliyə, gecəli-gündüzlü gərgin fəaliyyətə, cinayətkarlığa qarşı apardıqları qətiyyətli mübarizəyə görə özü, ailəsi adından polis əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır. 

Vətəndaş Elçin Nəsirov ünvanladığı məktubunda müraciətinə operativ reaksiya verilərək ona dəymiş maddi ziyanın ödənilməsində göstərilən köməkliyə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Balakən şəhər sakini Fərid Əbilov müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə və Balakən RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Göyçay rayon sakini İntiqam Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Aynurə İbadullayeva müraciətinin müsbət həll olunmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Yevlax rayon sakini Rüzgar Məmmədova müraciətinin müsbət həll olunmasına görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Samirə Cavadova DİN-in “Instagram” sosial şəbəkə hesabına ünvanladığı təşəkkür məktubunda müraciəti ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən qəbul edildiyini  və ona hüquqlarının izah olunduğunu bildirir.

Vətəndaş Nizam Rzayev DİN-in “Instagram” sosial şəbəkə hesabına təşəkkür mesajı yazıb. O sürücülük vəsiqəsi əldə edən zaman polisin göstərdiyi xoş rəftara görə minnəttarlığını bildirir.

Saatlı rayon sakini Rəfail Şahmanov DİN-ə ünvanladığı təşəkkür məktubunda ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.