Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
03.05.2022 - Jurnalist Aslan Həmidli
Jurnalist Aslan Həmidli sosial şəbəkə vasitəsilə üzləşdiyi problemlə bağlı DİN-ə etdiyi müraciətə operativ reaksiya verildiyi üçün şəxsi hesabında post paylaşaraq polis əməkdaşlarına təşəkkür edib. O, etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.
02.05.2022 - Şirvan şəhər sakini İqbal Mikayılov
Şirvan şəhər sakini İqbal Mikayılov DİN-in “Facebook” səhifəsinə Azərbaycan polisinə təşəkkür mesajı yazıb. O, gecə-gündüz yorulmadan xidmət edən, cinayətkarlıqla, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsi ilə qətiyyətli mübarizə aparan, ictimai asayişi ayıq-sayıq qoruyan və xidməti vəzifələrini layiqincə yerinə yetirən Azərbaycan polisinə minnətdarlığını bildirir, çətin və şərəfli xidmətlərində uğurlar atrzulayır.
02.05.2022 - Sosial şəbəkə istifadəçisi olan bir qadın
Sosial şəbəkə istifadəçisi olan bir qadın DİN-in “İnstagram” səhifəsinə təşəkkür mesajı yazıb. Hamilə olan qadın bir müddət əvvəl avtobusda qəflətən səhhətinin pisləşdiyini və narahatlığı yarandığını, bu zaman orada olan bir qadın polis əməkdaşının ona köməklik və ilkin tibbi yardım göstərdiyini, avtobusdan düşürüb həyat yoldaşına zəng vurduğunu, çağırtdıraraq ona təhvil verdiyini qeyd edir.
O, adını bilmədiyi həmin qadın polis əməkdaşına təşəkkürünü bildirir, onun timsalında Azərbaycanın bütün humanist qadın polislərinə çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
29.04.2022 - Vətəndaş Samir Mamedov
Vətəndaş Samir Mamedov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə, eyni zamanda narkotilərlərin dövriyyəsinin qarşısını alınmasında qətiyyətli mübarizə apardıqlarına görə Yasamal RPİ NMB-nin əməkdaşlarına öz təşəkkürünü bildirir.
29.04.2022 - Bakı şəhər sakini Zəhra Bayramova
Bakı şəhər sakini Zəhra Bayramova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxıldığına, qısa müddətdə araşdırılaraq müvafiq tədbirlərin görüldüyünə və pozulmuş hüquqlarının bərpa edildiyinə görə DİN rəhbərliyinə və İAQMBİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
29.04.2022 - Vətəndaş Beyrək Məmmədov
Vətəndaş Beyrək Məmmədov DİN-in “Instagram” səhifəsinə mesaj yazaraq üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ 7-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
29.04.2022 - Abşeron rayon sakini, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə
Abşeron rayon sakini, tarix üzrə fəlsəfə doktoru, dosent Elnur Kəlbizadə üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə, o cümlədən xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirən Azərbaycan Polisinə təşəkkürünü bildirir.
29.04.2022 - Bakı şəhər sakini Coşqun Abdulov
Bakı şəhər sakini Coşqun Abdulov DİN-in “Facebook” səhifəsinə mesaj yazaraq oğurluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
29.04.2022 - Sosial şəbəkə izləyicimiz
Sosial şəbəkə izləyicimiz etdiyi müraciətə dərhal reaksiya verilməsinə və yaşadığı ünvanda neqativ halların aradan qaldırılmasına görə DİN rəhbərliyinə və Qaradağ Rayon Polis İdarəsinin şəxsi heyətinə təşəkkürünü bildirir.