Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
19.10.2022 - Mingəçevir şəhər sakini Samir Nəsirov
Mingəçevir şəhər sakini Samir Nəsirov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
19.10.2022 - Bakı şəhər sakini İlham Hüseynov
Bakı şəhər sakini İlham Hüseynov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, yol hərəkətinin təşkili ilə bağlı səhifə vasitəsilə ünvanladığı müraciətinə dərhal reaksiya verildiyini, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən qeyd etdiyi ünvanda müvafiq tədbirlərin həyata keçirildiyini yazır.
İ.Hüseynov müraciətinə çevik reaksiya verilərək qısa müddətdə müsbət həll olunmasına, yol hərəkətinin yüksək səviyyədə təşkilinə, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin etibarlı təmin olunmasına, yol polisi əməkdaşlarının apardıqları profiklaktik və maarifləndirici tədbirlərə görə DİN rəhbərliyinə və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.
19.10.2022 - Bakı şəhər sakini Rauf Tağıyev
Bakı şəhər sakini Rauf Tağıyev məktubunda vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi ilə əlaqədar qeydiyyatla bağlı müraciətinə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində baxılaraq müvafiq araşdırma aparıldığını, aidiyyəti üzrə yönləndirildiyini və qısa müddətdə müraciətinin müsbət həll olunduğunu qeyd edir. O, müraciətinə çevik reaksiya verilməsinə və göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
19.10.2022 - Sosial şəbəkə izləyicisi Şahin Haqverdiyev
“Evimdə baş vermiş oğurluq hadisəsilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmişdim. Müraciətimdən sonra dərhal istintaq işləri başlanıldı və tez bir zamanda oğrular tapılaraq məsuliyyətə cəlb olundular. Müraciətimə dərhal reaksiya verilməsinə, operativ baxılaraq məsələnin tez bir zamanda həllini tapmasında göstərilən köməkliyə görə Bakı şəhər BPİ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürümü bildirirəm”. Bu məktubu ünvanımıza sosial şəbəkə izləyicisi Şahin Haqverdiyev yazıb.
19.10.2022 - Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Emil Cəbrayılov
Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Emil Cəbrayılov yazır: “Baş Dövlət Yol Polisi İdarəsinə getmişdim. Orada məni səmimi qəbul edib dinlədilər. Qısa müddət ərzində üzləşdiyim problem həllini tapdı. Vətəndaşlarla xoş rəftar və səmimi davranışa görə Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm”.
19.10.2022 - Sumqayıt şəhər sakini Raciyyə Zeynalova
Sumqayıt şəhər sakini Raciyyə Zeynalova üzləşdiyi problem ilə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını bildirir.
19.10.2022 - Bir qrup vətəndaş
Bir qrup vətəndaş məktublarında DİN-ə ünvanladıqları müraciətlərinə operativ baxıldığını, obyektiv araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edirlər. Müraciətlərinə həssas yanaşılmasına və obyektivliyə görə Azərbaycan Polisinə təşəkkürlərini bildirirlər.
19.10.2022 - Bakı şəhər sakini, müharibə veteranı Nəbi Nəsirov
Bakı şəhər sakini, müharibə veteranı Nəbi Nəsirov DİN-in A.Heydərov adına Respublika Hospitalında şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərilən, yaradılan şəraitdən, diqqət və qayğıdan, səliqə-sahmandan, personalın səmimi və qayğıkeş münasibətindən DİN rəhbərliyinə razılığını bildirir.
19.10.2022 - Şirvan şəhər sakini Səadət Əliyeva
Şirvan şəhər sakini Səadət Əliyeva DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, şəhər ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində aparılan qətiyyətli mübarizə tədbirlərinə görə başda DİN rəhbərliyi olmaqla, Şirvan ŞPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.