Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Yevlax rayon sakini Mustafa Mustafayev polisin xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yetirməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Beyləqan rayon sakini Ramal Səmədov müraciətinə verilən operativ reaksiyaya görə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Ağdam rayon sakini Fəxrəddin Cəfərov polisin xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yetirməsinə görə DİN rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Şəlalə Fərhadova DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, etdiyi müraciətinə operativ yanaşılaraq müsbət həll olunmasında göstərilən köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Taliyyə Məmmədzadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, göstərilən diqqətə və operativliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Samirə Babazadə DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasına, göstərilən diqqət və qayğıya, eyni zamanda operativliyə görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına və DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Sevil Allahverdiyeva ünvanladığı məktubunda müraciətinin müsbət həll olunmasında göstərilən köməkliyə, polis əməkdaşlarının etik davranış qaydalarına yüksək səviyyədə əməl etməsinə görə təşəkkür edir. 

Vətəndaş Ədalət Mahmudov ünvanladığı məktubunda Daxili Qoşunda xidmət edən hərbçilərə səmərəli fəaliyyətinə görə minnəttarlığını bildirir.  

Vətəndaş Şəhla Qəmbərova ünvanladığı məktubunda ona dəymiş ziyanın tam ödənilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.