Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sabirabad şəhəri ərazisində “Mercedes” markalı avtomobillə Qalaqayın kənd sakini R.Qasımlı vurulub
29.04.2023
Aprelin 28-də saat 17 radələrində Sabirabad şəhəri ərazisində şəhər sakini F.Ələkbərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Qalaqayın kənd sakini R.Qasımlını vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada aprelin 29-da ölüb.Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
Xəzər rayonunun Binə qəsəbəsi ərazisində “Volkswagen” markalı avtomobillə qəsəbə sakini İ.Məmmədov vurulub
Aprelin 29-da saat 23 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Dədəcanov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən qəsəbə sakini İ.Məmmədovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada ölüb.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki mağazaların birindən pul və avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mağazaların birindən 100 manat pul və 1000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.Araşdırma aparılır.
Sabunçu rayonu ərazisindəki 2 həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən A.Qulubəyli saxlanılıb
Sabunçu RPİ 14-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2 nəfərə məxsus həyətyanı sahələrdən 2500 manat dəyərində qaynaq aparatı, elektrik naqili, samovar və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Neftçala rayon sakini əvvəllər oğurluq cinayətinə görə məhkum olunmuş A.Qulubəyli müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Abşeron rayon sakini Q.Hətəmlinin pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən K.Tağızadə saxlanılıb
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Abşeron rayon sakini Q.Hətəmlinin 9500 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Sumqayıt şəhər sakini K.Tağızadə müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Masallı şəhər sakini M.Abbasovdan 465 qram marixuana götürülüb
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini əvvəllər də eyni əmələ görə məhkum olunmuş M.Abbasovdan 465 qram marixuana aşkar olunaraq götürülüb.Araşdırma aparılır.
Şəmkir şəhəri ərazisində “VAZ-21214” və “VAZ-21750” markalı avtomobillər toqquşub
Aprelin 29-da saat 23 radələrində Şəmkir şəhəri ərazisində S.Əliyevin idarə etdiyi “VAZ-21214” və F.Bağırovun idarə etdiyi “VAZ-21750” markalı avtomobillər toqquşub. Nəticədə S.Əliyev hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.
Səbail rayonu ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən C.Güləhmədov saxlanılıb
Səbail RPİ 8-ci Polis Bölməsi və Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Səbail rayonu ərazisindəki mağazaların birindən 1200 manat dəyərində spirtli içki, tütün məmulatı və yağ oğurlamaqda şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş C.Güləhmədov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 51 cinayətin açılması təmin olunub
28.04.2023
Aprelin 28-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Metronun “28 May” stansiyasında bir sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən E.Qasımov saxlanılıb
Metropolitendə Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 28-də metronun “28 May” stansiyasında 1 sərnişinin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş E.Qasımov saxlanılıb. Araşdırma aparılır.