Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədi rayonu A.Kunanbayev küçəsindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Füzuli rayon sakini E.Mahmudov saxlanılıb
03.05.2023
Binəqədi rayonu A.Kunanbayev küçəsindəki mağazaların birindən pul, 1565 manat dəyərində 9 ədəd ətir, 5 ədəd mobil telefon və aksesuarların oğurlanması barədə daxil olmuş məlumat əsasında Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Füzuli rayon sakini E.Mahmudov müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Nəsimi rayonu ərazisində bir sıra oğurluq hadisələrini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Hüseynov saxlanılıb
Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 3 avtomobildən səsgücləndirici, akkumulyator, yan güzgüləri, 1 evdən mobil telefon və digər bir nəfərə məxsus velosipedi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Hüseynov müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Dələduzluğa görə axtarışda olan Sumqayıt şəhər sakini E.Həsənov saxlanılıb
Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan E.Həsənov saxlanılıb. Araşdırmalarla onun bir vətəndaşın bank kartından 3775 manat pul oğurlaması da müəyyən olunub.
Gəncə şəhər sakini olan bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən V.Sadıqov saxlanılıb
Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində bir qadının üzlüyündə bankomat kartı olan mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini V.Sadıqov məyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Gəncə şəhəri ərazisindəki 2 evdən oğurluq etməkdə şübhəli bilinən Qazax rayon sakini E.Rzayev saxlanılıb
Gəncə ŞBPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisindəki inşası başa çatmamış 2 evdən ümumilikdə 21200 manat dəyərində məişət əşyaları, inşaat materialları, 6 ədəd qapı, generator, təmir alətləri oğurlamaqda şübhəli bilinən Qazax rayon sakini, əvvəllər məhkum olunmuş E.Rzayev müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Naxçıvan şəhəri ərazisində bir avtomobildən oğurluq etməkdə şübhəli bilinən Y.Qəribov saxlanılıb
Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində “VAZ-2107” markalı avtomobildən pul və sənədlər oğurlamaqda şübhəli bilinən Babək rayon sakini Y.Qəribov müəyyən olunaraq saxlanılıb.
Bərdə rayon sakinləri olan bir qrup şəxsdən müxtəlif çəkidə heroin və marixuana aşkar olunub
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ilə rayon sakinləri S.Talıbov, P.Bədirov, V.Məmmədov və qardaşı P.Məmmədov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan müxtəlif çəkidə heroin və marixuana aşkar olunub. Davam etdirilən tədbirlərlə P.Məmmədovun yaşadığı evə baxış zamanı oradan da heroin və qanunsuz saxladığı “TOZ-16” markalı ov tüfəngi götürülüb. Araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 49 cinayətin açılması təmin olunub
02.05.2023
Mayın 2-də ölkə ərazisində qeydə alınan 49, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Bakı şəhər sakini V.Əliyevdən ov tüfəngi və 12 ədəd patron götürülüb
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyevdən lüləsi kəsilmiş “TOZ-16” markalı ov tüfəngi və 12 ədəd patron aşkar olunaraq götürülüb. Araşdırma aparılır.
Abşeron rayonunun Qobu qəsəbə sakini E.Əbdülkərimovun evindən tapança və metamfetamin götürülüb
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Əbdülkərimovun evində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oradan “Blot TR” markalı tapança və metamfetamin aşkar olunaraq götürülüb. Araşdırma aparılır.