DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb

25.05.2023

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən ayrı-ayrı vətəndaşların torpaq sahələrinin dövlət qeydiyyatına alınması ilə bağlı təqdim edilən sənədlərdə saxtakarlıq hallarının aşkar edilməsi faktlarına dair Daxili İşlər Nazirliyinə edilən müraciətlər əsasında xüsusi əməliyyat-istintaq tədbirləri həyata keçirilib.  
Təqdim edilən saxtakarlıq halları əsasında Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işinin ibtidai istintaqına başlanılıb.  
Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində saxta sənədləri hazırlayan, həmçinin istifadə edən şəxslərin dairəsi müəyyən edilib. Tədbir nəticəsində saxta sənədlərin hazırlanmasına birbaşa rəhbərliyi həyata keçirən Saatlı rayon sakini, paytaxt ərazisində daşınmaz əmlak alqı-satqısı üzrə vasitəçi (makler) kimi fəaliyyət göstərən Qamət  Soltanov şübhəli şəxs qismində tutulub. Onun ofisinə, idarə etdiyi avtomobilə və paytaxtın Suraxanı rayonunda yaşadığı ünvana baxış zamanı saxta sənədlərin hazırlanmasında istifadə etdiyi müxtəlif dövlət və bələdiyyə orqanlarına aid  31 ədəd saxta möhür, 2 ədəd ştamp, saxta sənəd nümunələrinin saxlanıldığı 6 ədəd yaddaş kartı, notbuk,  rəngli printer qurğusu, hazırlanmış saxta sənədlər və digər dəftərxana ləvazimatları aşkar edilərək götürülüb. Qamət Soltanov ifadəsində torpaq sahələrinin dövlət qeydiyyatına alınması üçün saxta sənədlərin hazırlanması ilə məşğul olduğunu etiraf edib. 
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=sarWptBB-YA

 

25.05.2023 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 70 cinayətin açılması təmin olunub 25.05.2023
  • Abşeron rayonunun Novxanı kəndi ərazisindəki mağazaların birindən oğurluq etməkdə şübhəli bilinən Qazax rayon sakini R.Məmmədov saxlanılıb 25.05.2023
  • Masallı rayonu ərazisində 4 həyətyanı sahədən ümumilikdə 11 baş qoyun oğurlamaqda şübhəli bilinən Ş.Ağayev saxlanılıb 25.05.2023
  • Biləsuvar rayonu ərazisində saxlanılan Bakı şəhər sakini S.Səfərovdan narkotik vasitələr aşkar olunaraq götürülüb 25.05.2023
  • Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində “VAZ-2106” markalı bir avtomobildən 2 kiloqramdan artıq heroin və 4 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb 25.05.2023
  • Xətai rayonunun X.Məmmədov küçəsində “Daewoo” markalı marşrut avtobusu ilə yolu keçən S.Quluzadə vurulub 25.05.2023
  • Xaçmaz şəhəri ərazisində “Khazar” markalı avtomobillə velosipedlə yolu keçən kişi vurulub 25.05.2023
  • Beyləqan şəhəri ərazisində “Niva” və “VAZ-2106” markalı avtomobillər toqquşub 25.05.2023
  • Torpaq sahələrinin qeydiyyata alınması üçün saxta sənədlər hazırlayan şəxs saxlanılıb 25.05.2023
  • Sanitariya-gigiyena qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirilir  25.05.2023
  • Xanım sərnişinlərlə qeyri-etik formada davranan, əxlaqsız təkliflər edən və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul “Uber” və “Bolt” şirkətlərinin 69 sürücüsü barəsində qanunauyğun ciddi tədbirlər görülüb  25.05.2023