Beyləqan şəhəri ərazisində “Niva” və “VAZ-2106” markalı avtomobillər toqquşub
25.05.2023Mayın 25-də saat 9 radələrində Beyləqan şəhəri ərazisində Füzuli rayon sakini C.Əlioğlunun idarə etdiyi “Niva” və şəhər sakini F.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən F.Məmmədov orada ölüb.
Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.