Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil su kanalına aşıb
04.05.2023
Mayın 4-də saat 3 radələrində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsi ərazisində rayon sakini Ə.Salahlı idarə etdiyi “Mercedes” markalı avtomobili su kanalına aşırıb. Nəticədə avtomobildə olan sərnişinlər rayon sakini R.Orucov və Füzuli rayon sakini E.Xudiyev hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Beyləqan Rayon Polis Şöbəsində araşdırma aparılır.
Lerik rayonunun Peştətük kəndi ərazisində “VAZ-2107” və “Niva” markalı avtomobillər toqquşub
Mayın 4-də saat 9 radələrində Lerik rayonunun Peştətük kəndi ərazisində rayon sakinləri Z.Həmidovun idarə etdiyi “VAZ-2107” və R.Ağayevin idarə etdiyi “Niva” markalı avtomobillər toqquşub və “VAZ-2107” markalı avtomobil dərəyə aşıb. Nəticədə “VAZ-2107” avtomobildə olan sərnişin R.İbadzadə hadisə yerində ölüb, sürücü və digər sərnişini isə xəsarətlə xəstəxanaya yerləşdiriliblər.Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.
Mingəçevir şəhəri ərazisində “Toyota” və “Mercedes” markalı avtomobillər toqquşub
Mayın 4-də saat 7 radələrində Mingəçevir şəhəri ərazisində Bərdə rayon sakini M.Məmmədovun idarə etdiyi “Toyota” və şəhər sakini E.Cavadovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub, “Toyota” markalı avtomobil yolu keçən X.Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub
03.05.2023
Mayın 3-də ölkə ərazisində qeydə alınan 66, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 10 kiloqramdan artıq marixuana götürülüb
Polis əməkdaşlarının mayın 3-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində “Hyundai” və “Chevrolet” markalı avtomobillər toqquşub
Mayın 3-də saat 9 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində Ə.Qasımovun idarə etdiyi “Hyundai” və A.Ələkbərovun idarə etdiyi “Chevrolet” markalı avtomobillərin toqquşması nəticəsində “Hyundai” markalı avtomobil səkidə dayanan Ağdam rayon sakini X.Həsənovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Kürdəmir rayonunun Karrar kəndi ərazisində “Mercedes” markalı mikroavtobus qarşıda gedən “KamAZ” markalı yük avtomobilinə çırpılıb
Mayın 3-də saat 13 radələrində Kürdəmir rayonunun Karrar kəndi ərazisində Tərtər rayon sakini C.Qaraşov idarə etdiyi “Mercedes” markalı mikroavtobusu qarşıda gedən “KamAZ” markalı yük avtomobilinə vurub. Nəticədə mikroavtobusda olan sərnişinlər N.Əliyev və H.Quliyeva hadisə yerində ölüb, 2 nəfər isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobil ağaca çırpılıb
Mayın 3-də saat 19 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində İ.Cabbarlı idarə etdiyi “Tofaş” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü və sərnişini H.Mahmudlu hadisə yerində ölüb, digər sərnişin isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisindəki yarımstansiyadan 12 ton yağ oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü də saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qala qəsəbəsi ərazisində yerləşən yarımstansiyadan 12 ton yağ oğurlamaqda şübhəli bilinən qrupun digər üzvü – Bakı şəhər sakini K.Tağızadə də müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindəki evlərin birindən oğurluq etməkdə və oradakı əşyaları yandırmaqda şübhəli bilinən Bakı şəhər sakini V.Şahbazova saxlanılıb
Xəzər rayonu Buzovna qəsəbəsi ərazisindəki evlərin birindən 3000 manat dəyərində ev əşyalarının oğurlaması və 3000 manat dəyərində əşyaların yandırılması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini V.Şahbazova müəyyən olunaraq saxlanılıb.Araşdırma aparılır.