Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Sumqayıt şəhəri ərazisində “VAZ-2107” markalı avtomobillə piyada vurulub
30.04.2023
Aprelin 30-da saat 21 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini Z.Şirinov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən C.Cavadovu vurub və nəticədə piyada hadisə yerində ölüb.Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.
Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində “VAZ-2107” və “VAZ-21154” markalı avtomobillər toqquşub
Aprelin 30-da saat 13 radələrində Şəmkir rayonunun Dəllər qəsəbəsi ərazisində şəhər sakini N.Əliyev idarə etdiyi “VAZ-2107” markalı və rayon sakini E.Məmmədovun idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən N.Əliyev orada ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Yasamal rayonu ərazisindəki bir mağazadan oğurluq etməkdə şübhəli bilinən Yevlax rayon sakini R.Abdullayev saxlanılıb
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Yasamal RPİ 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində bir mağazadan pul, 1150 manat dəyərində tütün məmulatı və peyk qəbuledicisi oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini əvvəllər də eyni cinayət əməlinə görə məhkum olunmuş R.Abdullayev müəyən olunaraq saxlanılıb.Araşdırma aparılır.
Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yerləşən bir yarımstansiyadan 12 ton yağ oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Qala qəsəbəsi ərazisində yerləşən bir yarımstansiyadan 12 ton yağ oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri S.Hüseynov, E.Kərimov, Ə.Rzayev və Şəmkir rayon sakini V.Məmmədli müəyyən edilərək saxlanılıb.Araşdırma aparılır.
Binəqədi rayonu ərazisindəki 2 evdən və 1 həyətdən oğurluq etməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini V.Əhmədov saxlanılıb
Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə məxsus 2 evdən və 1 həyətdən televizor, noutbuk, 30 ədəd radiator, samovar, geyim və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuş V.Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Sumqayıt şəhəri ərazisində bir qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Ş.Dadaşov və R.Çumarin saxlanılıblar
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər ərazisində bir qadına qarşı zor tətbiq edib içərisində 270 manat olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Sumqayıt şəhər sakinləri əvvəllər də müxtəlif cinayətlərə görə məhkum olunmuşlar Ş.Dadaşov və R.Çumarin müəyyən edilərək saxlanılıblar.Faktla əlaqədar cinayət işi başlanılıb.
Gün ərzində ölkə ərazisində qeydə alınan 52 cinayətin açılması təmin olunub
29.04.2023
Aprelin 29-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində “VAZ-2107” və “Toyota” markalı avtomobillər toqquşub
Aprelin 29-da saat 14 radələrində Ağstafa rayonunun Dağkəsəmən kəndi ərazisində rayon sakini O.Xəlilovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini E.Şərifovun idarə etdiyi “Toyota” markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobildə olan 11 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 3 nəfər ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
Ağdam rayonunun Xındırıstan kəndi ərazisində “VAZ-21074” markalı avtomobil ağaca çırpılıb
Aprelin 29-da saat 20 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində rayon sakini A.Qasımov idarə etdiyi “VAZ-21074” markalı avtomobili ağaca vurub. Nəticədə sürücü və sərnişini T.Musayev hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Y.İbadov orada ölüb. Ağdam Rayon Polis Şöbəsində araşdırma aparılır.
Samux rayonunun Alıuşağı kəndi ərazisində “VAZ-21074” markalı avtomobil yol ayırıcısına çırpılıb
Aprelin 29-da saat 5 radələrində Samux rayonunun Alıuşağı kəndi ərazisində rayon sakini S.Mirzəyev idarə etdiyi “VAZ-21074” markalı avtomobili yol ayırıcısına vurub və nəticədə hadisə yerində ölüb. Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.