Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Şirvan şəhər sakini M.Ağamidən marixuana aşkar olunaraq götürülüb
27.03.2023
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağamidən 470 qram marixuana aşkar olunaraq götürülüb.
Şirvan şəhər sakini H.Ələkbərovdan 21qramdan artıq heroin və elektron tərəzi aşkar olunaraq götürülüb
Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan şəhər sakini H.Ələkbərovdan 21qramdan artıq heroin və elektron tərəzi aşkar olunaraq götürülüb. Davam etdirilən tədbirlərlə onun şəhər ərazisində gizlətdiyi 805 qram heroin də götürülüb.
Nəsimi rayonunda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Səbuhi Quliyev saxlanılıb. Onun üzərindən 3 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Quliyevin idarə etdiyi avtomobildən ona məxsus 1 ədəd “Makarov” markalı tapança, daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. Səbuhi Quliyev odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək özündə saxladığını bildirib.Faktla bağlı toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.
Maştağa qəsəbəsində evinin zirzəmisində çətənə kolları yetişdirən şəxs saxlanılıb
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Maştağa qəsəbəsində narkotik tərkibli çətənə bitkilərinin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat həyata keçirilib.Belə ki, bölməyə qəsəbə sakini Ramil Quliyevin yaşadığı evin zirzəmisində çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğu barədə əməliyyat məlumatı daxil olub. Polislər tərəfindən evə baxış zamanı həmin zirzəmidən Ramil Quliyevin kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 35 kiloqram olan 99 ədəd çətənə kolu, narkotik tərkibli bitkilərin toxumları və 2 kiloqramdan artıq qurudulmuş marixuana aşkar olunub. Araşdırma zamanı müəyyən edilib ki, Ramil Quliyev evin zirzəmisində çətənə bitkilərinin yetişdirilməsi üçün xüsusi havalandırma və işıqlandırma sistemi yaradıb. Ətrafda şübhə oyatmamaq üçünsə o, həmin zirzəmiyə girişi evin çöl hissəsindən yox, mənzildəki otaqların birindən açıb. Ramil Quliyev ifadəsində çətənə bitkilərini satmaq məqsədi ilə əkib-becərdiyini bildirib. Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar Sabunçu Rayon Polis İdarəsinə göndərilib. Maştağa qəsəbəsi, eləcə də Sabunçu rayonunun digər ərazilərində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 43 cinayətin açılması təmin olunub
26.03.2023
Martın 26-da ölkə ərazisində qeydə alınan 43, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının martın 25-də və 26-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 4,8 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqramdan artıq heroin, 2,7 kiloqramdan çox marixuana, 720 qramdan çox metamfetamin və 99 ədəd çətənə kolu olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar
Martın 25-də saat 22 radələrində Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetirildiyi, azyaşlı oğlunun zirzəmiyə gətirilib stula bağlanılaraq bıçaqla hədələnib 200.000 manat verilməsinin tələb olunduğu və sonradan 20.000 manat müqabilində razılaşmaları barədə polisə məlumat daxil olub. Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Cəlilabad rayon sakini S.Əlişov və Qəbələ rayon sakini Ş.Quliyev müəyyən olunaraq saxlanılıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Gəncə şəhər sakini V.Məmişova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub
Martın 26-da saat 9 radələrində Göygöl rayonunun Yeni Qızılca kəndi ərazisində yerləşən mal bazarında 2 nəfərin Gəncə şəhər sakini V.Məmişova məxsus 2 baş qoyunu soyğunçuluq yolu ilə talayıb aparmağa cəhd göstərməsi, V.Məmişov müdaxilə edərkən həmin şəxslərin ona bıçaqla yüngül xəsarət yetirmələri barədə polisə məlumat daxil olub. Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş A.Paşayev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub. Araşdırma aparılır.
Binəqədi rayonu ərazisində müxtəlif vaxtlarda 7 evdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini R.Həsənov saxlanılıb
Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda 7 evdən ümumilikdə 4370 manat dəyərində naqil, kombi, tənzimləyici, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov saxlanılıb. Araşdırma aparılır.
Qəbələ rayon sakini H.Qəhrəmanovun bil-bilə polisə yalan məlumat verməsi müəyyən olunub
Martın 25-də saat 4 radələrində Yasamal rayonu ərazisində “Opel” markalı bir avtomobildə sərnişinin küt alətlə sürücünün boğazına xəsarət yetirməsi, quldurluq yolu ilə pulunu və mobil telefonunu talaması barədə polisə məlumat daxil olub.Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücü, Qəbələ rayon sakini H.Qəhrəmanovun bil-bilə polisə yalan məlumat verməsi və özü-özünə xəsarət yetirməsi müəyyən olunub.