Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 17,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
01.05.2023
Polis əməkdaşlarının mayın 1-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 17,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5 kiloqram 650 qram heroin, 10 kiloqramdan çox marixuana, 453 qram tiryək, 1 kiloqramdan çox metamfetamin, 1140 ədəd güclü təsiredici xassəyə malik həb və 31 ədəd çətənə kolu olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Sabunçu rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Ç.Ağayevin idarə etdiyi avtomobildən 1 kiloqramdan artıq heroin götürülüb
Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ç.Ağayevdən heroin aşkar olunub. Onun idarə etdiyi “Opel” markalı avtomobilə baxış zamanı isə 1 kiloqram 50 qramdan artıq heroin götürülüb.Araşdırma aparılır.
Göyçay şəhəri ərazisindən “VAZ-21041” markalı avtomobili qaçırmaqda şübhəli bilinən rayon sakini R.Abdullayev saxlanılıb
Mayın 1-nə keçən gecə Göyçay şəhəri ərazisindən “VAZ-21041” markalı avtomobilin qaçırılılması barədə polisə məlumat daxil olub.Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomobil həmin gün Hacıqabul rayonu ərazisində tapılıb, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakini R.Abdullayev müəyyən olunaraq saxlanılıb.Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Yevlax rayonunun Aran qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobillə Samux rayon sakini M.Qurbanzadə vurulub
Mayın 2-si saat 1 radələrində Yevlax rayonunun Aran qəsəbəsi ərazisində Ağstafa rayon sakini T.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə nasaz vəziyyətdə olan “2106” markalı avtomobilini itələyən Samux rayon sakini M.Qurbanzadəni vurub. Nəticədə M.Qurbanzadə hadisə yerində ölüb.Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
Səbail rayonunda gənc qızları narkokuryerliyə cəlb edən şəxs saxlanılıb ondan 17 kiloqram narkotik vasitə aşkar edilib
Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövruiyyəsi ilə məşğul olan Sumqayıt şəhər sakini Ramilə Qurbanova saxlanılıb. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi narkotik vasitə heroin aşkar edilib. Ramilə Qurbanova heroini Emil adlı tanışından aldığını və onun göstərişi ilə narkokuryerliyə cəlb olunduğunu bildirib. İdarə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirlərinin davamı olaraq Ramilə Qurbanovaya narkotik vasitələr satan Salyan rayon sakini Emil Hacıyev də qısa zamanda Səbail rayonu ərazisində saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən və yaşadığı evdən 2 kiloqrama yaxın heroin, metamfetamin, 15 kiloqram marixuana, 56 ədəd psixotrop tərkibli metadon, həmçinin preqabalin həbi, narkotik vasitələrin satışı və istifadəsi üçün nəzərdə tutulan 3 ədəd elektron tərəzi, bank kartları, qeyd dəftərçələri, narkotiklərin onlayn satışı ilə məşğul olduğunu sübut edən qəbzlər və sair maddi sübutlar aşkar edilib. Emil Hacıyev paytaxt ərazisində narkotiklərin satışı ilə məşğul olduğunu etiraf edib. O, narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu “Əsgər” adlı İran vətəndaşından aldığını və həmin şəxsin göstərişi ilə paytaxtda narkotik vasitələrin satışını təşkil etdiyini bildirib. Aşkar edilən faktlarla bağlı Səbail Rayon Polis İdarəsində araşdırmalar davam edirilir. Səbail rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də ifşa edilmələri istiqamətində əməliyyatlar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
30.04.2023
Aprelin 30-da ölkə ərazisində qeydə alınan 41, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Ümumi çəkisi 31,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının aprelin 29-da və 30-da respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 31,5 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 5,4 kiloqramdan artıq heroin, 23 kiloqramdan çox marixuana, 3 kiloqramdan çox metamfetamin və 2475 ədəd güclü təsiredici xassəyə malik həb olub.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Aprelin 30-da saat 15 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Əhmədov idarə etdiyi “Audi” markalı avtomobillə yolun kənarında dayanmış paytaxt sakini A.Kazımovu vurub və sonradan V.Kərimovun idarə etdiyi “Volkswagen” markalı avtomobilə dəyib. Nəticədə A.Kazımov hadisə yerində ölüb, V.Kərimov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
Aprelin 30-da saat 21 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Lerik rayon sakini N.Həşimovun idarə etdiyi “Mercedes”, Bakı şəhər sakini A.İbrahimovun idarə etdiyi “VAZ-2105” və Culfa rayon sakini E.Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində avtomobillər yanıb, 2 nəfər avtomobildə yanaraq ölüb.Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
İmişli rayonunun Ağaməmmədli kəndi ərazisində “Mercedes” markalı avtomobil aşıb
Aprelin 30-da saat 17 radələrində İmişli rayonunun Ağaməmmədli kəndi ərazisində şəhər sakini A.Ağayev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə A.Ağayevin sərnişini B.Qasımov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib. İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.